Dünən İngiltərədə proqnozların altında açıqlanan inflyasiya göstəricilərindən sonra funt-sterlinq dollar qarşısında kəskin ucuzlaşdı. Avrozonada isə manşet inflyasiya ehtimal edildiyi kimi azalsa da, baza inflyasiya proqnozların üzərində dərc olundu. Bu səbəbdən də EUR/USD məzənnəsində enişlər məhdud qaldı.
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı - SİYAHI
Qeyd edək ki, bu gün Amerikada Filadelfiya FED-dən biznes aktivliyi və məşğulluq səviyyəsi, həmçinin mənzil bazarlarına dair statistik rəqəmlər, eləcə də Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarı investorların diqqət mərkəzində olacaq.
Qeyd edək ki, Avrozonada və İngiltərədə azalan inflyasiya göstəriciləri fonunda dollar indeksi 100 bənd səvyyəsini qıraraq günü bu səviyyənin üzərində tamamladı. “Buğalar” DXY-da qiyməti 100 bənd səviyyəsinin üzərində qoruyub saxlaya bilsələr, dollarda artım tendesiyası davam edə bilər.
Məlumat InvestAZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.