ABŞ-da proqnozların çox altında açıqlanan inflyasiya göstəricilərindən sonra dollar indeksində (DXY) eniş tendensiyasını cari ticarət həftəsinin ilk günündə də davam edib.
Analitiklər bildiriblər ki, inflyasiyanın yavaşlamağa davam etdiyini göstərən məlumatlar ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəsmilərinin növbəti faiz artımı ilə bağlı mövqelərini yenidən nəzərdən keçirə biləcəkləri ehtimallarını artırır.
Bu gün isə Amerikada dərc olunacaq pərakəndə satış dövriyyəsinin və sənaye istehsalının həcminə dair statistik rəqəmlər investorların diqqət mərkəzində olacaq.
Ötən həftəni 99.90 bənd səviyyəsində başa vuran DXY hazırda 99.70 hədlərində dalğalanır. Dollar indeksində qiymətlər 100 bənd səviyyəsindəki psixoloji dəstək həddinin altında qaldığı müddətcə, eniş tendensiyası davam edə bilər.
Məlumat InvestAZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.