Sakarya Universitetinin İslam İqtisadiyyatı və Maliyyə Tətbiqi və Araşdırma Mərkəzinin (İSEFAM) rəhbəri Dos. Dr. Süleyman Kaya kriptovalyutalarla bağlı məlumat çatışmazlığından dolayı mənfi fətvalar verildiyini söyləyib.
O, Bitcoin kimi rəqəmsal valyuta vahidləri haqda fiqh qiymətləndirməsi aparıb. İstifadəsi getdikcə artan rəqəmsal pulların “pul”, “maliyyə aktivləri”, “əmtəə” kimi bir çox tərifinin olduğuna işarə edən Kaya bu rəqəmsal valyutaların fiziki bir reallığı əks etdirmədiyini söyləyib. Həmin kriptovalyutalara olan etibarın istifadəçilərin əksəriyyətinin səhv etməyəcəklərinə olan inam ilə təmin edildiyini bildirən Dos. Dr. Süleyman Kaya “kriptovalyutaların qiymətlərindəki aşırı dəyişkənlik səbəbiylə mübadilə vasitəsi ortaq dəyər ölçüsü olma funksiyalarını yerinə yetirə bilmədikləri, bu səbəbdən pul olaraq qəbul edilməyəcəkləri deyilir. Ancaq kriptovalyutaların gələcəkdə bütünlükdə qəbul edilən, daha sabit valyuta olacağı da ehtimal edilir”, – deyə vurğulayıb.
“Müsbət və mənfi yanaşmalar var”
Rəqəmsal valyutaların əsas dayağı sayılan Blockchain tenologiyasının zəncir kimi bir-birinə bənd olunmamış bloklardan meydana gəldiyini ifadə edən Kaya hazırda dövriyyədə təxminən 400 rəqəmsal valyutanın olduğunu, onların fərqli istiqamətlərdə qiymətləndirildiyini bildirib. Rəqəmsal valyutalara istiqamətli olaraq aşağı xərclə pul köçürmək imkanı, yüksək əməliyyat sürəti bə digər müsbət cəhətlərinin olduğunun deyildiyinə diqqət çəkən Kaya mənfi cəhətlər kimi dəyərindəki ifrat dəyişikliyi, qeyri-qanuni təşkilatlar tərəfindən istifadə edilməsi, qanuni tənzimləmələrin olmaması, vergiyə cəlb etmənin çətinliyi və elektrik israfı kimi bəzi məqamları qeyd edib.
“İslami baımından qeyri-müəyyənlik hakimdir”
Rəqəmsal valyutaların islam baxımından etibarlılığına toxunan Dos. Dr. Süleyman Kaya bu valyutalar haqda bəzi ölkələrdə verilən fətvalardan danışıb. O, bu mövzuda 3 rəsmi fətva qurumunun oxşar səbəblərə görə kriptovalyuta istifadəsinin caiz olmadığı istiqamətində qənaət bəyan etdiyini, ancaq sivil formada verilən bəzi açıqlamalarda icazə istiqamətində fətva verənlərin də mövcud olduğunu ifadə edib. Dini Qurumlarla İş üzrə Komitəsinin kriptovalyutaların ciddi qeyri-müəyyənliklər ehtiva etdiyi, aldanma və aldatma riski olduğu, müəyyən şəxslərin haqsız və səbəbsiz zənginləşməsinə gətirib çıxardığı istiqamətində açıqlama verdiyini deyən Kaya Fələstin və Misir fətva təşkilatlarının da bənzər fətvalar verdiyinə diqqət çəkərək bu fətvaların digərlərinə bənzər xüsusiyyətlərinin olduğunu vurğulayıb.
“Mənfi xüsusiyyətlərdə ümumiləşdirmə aparılır”
Fətvalardan xüsusilə iki mövzunun gözardı edildiyinə işarə edən Kaya, “birincisi, 1375 kriptovalyuta içində sadəcə olaraq Bitcoin-ə diqqət yetirilməsidir. Halbuki, bunların hər birinin fərqli xüsusiyyətləri var. Fətvalarda xüsusilə Bitcoin-in caiz olmadığı bildirilsə də, bu fətvalar ictimaiyyətdə ümumi etalon kimi başa düşülür. Söylənilənlərin digər kriptovalyutalarla əlaqəli olmadığını vurğulamaq gərəkdir. Fətvalarda qeyd olunan ikinci xxüsusiyyət Bitcoin istifadəsi ilə əlaqədar hər şeyin yeknəsək qəbul edilməsidir. Yəni, alıb satmaqla ödəniş etmək, pul köçürməsi etməklə mədənçilik etmək kimi fərqliliklərin hamısı eyni hesab olunur. Əslində, bunların arasında mahiyyət etibarilə də, görünüş etibarilə də əhəmiyyətli fərqlər var. Qumara oxşaması isə çox mürəkkəb bir təfsir hesab edilə bilər. Aldatma və aldanmağa gəlincə, burada nə cür bir yalandan bəhs olunduğunu, kimin kimi aldatdığını anlamaq çətindir. Hər şeyin açıq və şəffaf olduğu və hər kəs tərəfindən idarə oluna biləcək bir sistemlə qarşı-qarşıyayıq”, – deyə qeyd edib.