«Lehman», «Enron» və «Trump Casino» - bu şirkətlər çoxdan müflis olub fəaliyyətlərini dayandırsalar da onların səhmlərinə yatırımlar hələ də sərfəli investisiya sayılır.
FED.az xəbər verir ki, son vaxtlar belə şirkətlərin səhmləri ilə ticarət kəskin artıb.
«Lehman-ın səhmlərindən daha çox almaq lazım idi», — 2008-ci ildə müflis olması ilə qlobal maliyyə böhranını başlayan şirkət haqqında belə sözləri eşitmək təəccüblüdür. Amma Bob Kirşteyn doğrudan da təəssüflənir ki, bu şirkətin səhmlərindən daha çox almayıb. O hazırda adi investorlar üçün heç bir əhəmiyyət kəsb etməyən qiymətləri kağızların biznesi ilə məşğuldur. Vaxtilə, maliyyə böhranı zamanı «JPMorgan Chase & Co» bankı «Bear Stearns Cos.» şirkətinin səhmlərini 10 dollardan alıb. Kirşteyn isə nə vaxtsa uğurlu sayılan bankın səhmlərini 395 dollardan alır. «Bank of America»nın vaxtilə 5 dollardan satılmış səhmləri indi 200 dollar ətrafındadır.
Məsələ texniki proqressdə və bu yeniliyin maliyyə sektoruna təsirindədir. Əvvəllər, birja hərraclarında kompüterlər olmayanda şirkətlərin səhmləri kağız şəklində buraxılırdı. Bəzi səhmlərin üzərində hətta şirkətin nə işlə məşğul olduğu da yazılırdı. Həmin vaxt hesab olunurdu ki, müflis olmuş şirkətin səhmləri heç kimə lazım olmyacaq və onları sadəcə tullayacaqlar. Amma onlardan bəziləri hələ də tərk edilmiş ofislərdə və ya unudulmuş bank seyflərində tapılır. İndi belə səhmlərin bazarı başlayıb. Hazırda bir qrup kolleksiyaçı müflis olmuş məşhur şirkətlərin səhmlərini böyük qiymətə almağa hazırdır. Şirkətin müflisləşməsi nə qədər qalmaqallı olubsa, səhmin qiyməti də o qədər yüksəkdir. Kirşteyn bildirir: «Mən həmişə demişəm ki, uğursuz şirkətlərin səhmləri onların ölümündən sonra daha bahalı olur». Məsələn, 2001-ci ildə müflis olmuş Enron şirkətinin səhmləri 1-2 dollara satılırdı. Şirkət müflis olduqdan sonra isə qiymətlər bir neçə yüz dollara yüksəlib.
Son illər isə ABŞ prezidenti Donald Trampa məxsus olan, vaxtilə müflis olmuş kazino şirkətinin səhmləri populyarlaşıb. Belə ki, üzərində ABŞ-ın indiki prezidentinin şəkli də olan «Trump Hotels & Casino Resorts» şirkətinin sertifikatı «Ebay»-da 800 dollara satılır. Həmin şirkətin müflis elan edilməsi ilə bağlı məhkəmənin ilk iclasından sonra səhmlərin qiyməti 1-2 dollara düşmüşdü, sonra ümumiyyətlə birjada satışdan çıxarıldı. Trampın prezidentliyə namizəd olması, sonra isə seçilməsi həmin səhmləri «dirildib» - vaxtilə kolleksiyaçıların 20-25 dollara alıb-satdığı bu kağızlar 800 dollar ətrafındadır və yaxşı satılır.
Bəzən isə səhmin qiymətinə şirkətin adından çox, onun üzərində səhmdarın imzası da təsir edir. Məsələn, üzərində maliyyə piramidasının yaradıcısı olan Berni Meydoffun imzası olan «Jefferson Stores» şirkətinin sertifikatı OldStocks.com saytında 6,5 min dollara satılır.
Bu bizneslə məşğul olanlardan biri Kris La Bar deyir ki, müxtəlif şəxslərin almaq istədiyi qiymətli kağızlar fərqlidir: «Bəziləri fırıldaqçılar haqqında, afroamerikalılar quldarlıq haqqında, yəhudilər isə antisemit materiallar axtarırlar».
Yaxşı, hətta nəcib tarixçəsi olan qiymətli kağızlar da yaxşı satılır. Belə ki, «Beech Creek Railroad» dəmiryol şirkətinin səhmləri hazırda ən bahalı kağızlardan sayılır – onun üzərində məşhur yazıçı Mark Tvenin imzası var. 1792-ci ildə buraxılmış və üzərində Corc Vaşinqtonun imzası olan dövlət istiqrazı isə 265 min dollara satılıb. Sonradan alıcı bildirib ki, qiymət milyon dollara qalxsaydı da bu kağızı alacaqdı.
Maraqlıdır ki, tarixi maliyyə sənədlərinin böyük hissəsini çinli investorlar alır. Hazırda çinlilərin ən həvəslə aldığı kağızlar «Kentucky Fried Chicken» (KFC) şirkətinin sertifikatlarıdır. Hazırda Çində bu şirkətəni şəbəkəsi sürətlə üayılmaqdadır. Üzərində polkovnik Sandersin də şəkli olan sertifikatlar 150-200 dollardan satılır.