Son sutkada kriptovalyuta bazarında əsas aktivlər üzrə qarışıq dinamika müşahidə olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bazarın aparıcı aktivi olan Bitcoin son 24 saatda 0,28% azalaraq 77 528,02 dollar səviyyəsində qərarlaşıb.
İkinci ən böyük kriptovalyuta olan Ethereum isə 0,31% bahalaşaraq 2 315.15 dollar olub.
Digər əsas kriptovalyutalar arasında BNB 0,72% artaraq 637 dollar, XRP isə 0,37% bahalaşaraq 1,43 dollar olub. Bundan başqa, Solana 0,97% artaraq 86 dollar, Dogecoin isə 1,34% bahalaşaraq 0,098 dollar səviyyəsində qərarlaşıb.
Stabil kriptovalyutalar arasında Tether 0,02% azalaraq 1 dollar, USD Coin isə 0,03% azalaraq 0,9997 dollar təşkil edib.














