Dünya maliyyə sistemini silkələmiş bitkoinin qiyməti bir qədər azalsa da, ona maraq göstərənlər hələ də çoxdur. Bitkoin əldə etməyin üsullarından biri də onun mayninqi, yəni istehsalıdır. Mayninqlə uzun müddətə və «qəpik-qəpik» də olsa bitkoin qazanmaq olar. Bunun üçün elektrik enerjisi və lazımi qurğular tələb olunur. FED.az bitkoin mayninqi haqqında 5 əsas məqamı təqdim edir.
1. Çin – dünyanın ən çox mayninq edilən ölkəsidir
Çin – kriptovalyutaların mayninqi sahəsində ən böyük oyunçudur. Amma bir qədər əvvəl maynerlər hökumətin yüksək diqqəti ilə üzləşibər və bu son nəticədə mayninq cihazlarının gücünün azalması ilə nəticəənə bilər. Bu gün bitkoinlərin mayninqi üçün şəbəkənin 60−75%-i Çində yerləşir. Amma son vaxtlar maynerlərin həbsi barədə xəbərlər yayılır. Belə ki, aprel ayında ölkənin şimalındakı Tyançzin vilayətində polis «elektrik enerjisini oğurlamaq» ittihamı ilə maynerlərin 600 kompüterini müsadirə edib.
2. Mayninq üçün xərclər artmaqdadır
Bəziləri kriptovalyutanı birbaşa öz mənzillərində mayninq etməyə razıdırlar. Baxmayaraq ki, belə qurğuların qiyməti və enerji haqqı getdikcə bahalaşır.
Ona görə də maynerlərin çoxu bu işin gəlirli olması üçün daha ucuz energi olan yerlərə köçmək barədə düşünürlər. Məsələn, ucuz elektrik enerjisi bir qədər əvvəl İsveçi, Norveçi və Finlandiyanı təkcə turistlər üçün deyil, maynerlər üçün də cəlbedici yerə çevirib.
«EliteFixtures»in araşdırmalarına görə, hazırda Cənubi Koreya bitkoin mayninqi üçün ən bahalı ölkədir – burada bir bitkoinin mayninqi 26 170 dollara başa gəlir. Ən ucuz bitkoinin mayninqi isə Venesueladadır – bir bitkoinin xərci cəmi 531 dollardır. Amma bu rəqəmlər daim dəyişir. Çünki kriptovalyutalarrın mayninqinin inkişafı ilə enerji istifadəsi də artacaq. Elə indi də dünyada maynerlərin sayı sürətlə çoxalmaqdadır.
«Hosho» auditor firmasının kibertəhlükəsizlik və mühəndis yenilikləri üzrə vitse-prezidenti Adleksandr Bler bildirir ki, mayninq pulları (yəni qrupları) təkbaşına mayninq zamanı ortaya çıxan maliyyə risklərindən qorunmağın ən yaxşı yoludur. Blerin sözlərinə görə mayninq pulları insanlara imkan verir ki, problemin həlli üçün birləşsinlər. Eyni zamanda onların hər biri öz payına düşən mükafatı alır.
Eləcə də bax: "Təmiz Şəhər"in sədri: "Enerji tarifləri artırılmalıdır"
3. PoW v PoS — konsensus reallığıdır
Mayninq zamanı istifadə edilən konsensusa gəlincə, «Brave New Coin»in araşdırmaları göstərir ki, kriptofəalların 30%-i PoW alqoritmini, 18% PoS alqoritmini, 8% PoW-PoS hibridini, qalan 4% isə Proof of Capacity (PoC) və Proof of Importance (POI) kimi yeni mexanizmləri istifadə edir. Qalan 40% hallarda isə kriptovalyutalar ya aralıq tokenlərdə, ya da protokol tokenlərində buraxılır.
4. Kanada mayninqində “yaşıl inqilab”
Kanadanın Hydro Quebec firması öz şəbəkəsində 30 iri maynerləri yerləşdirəcək. «Montreal International»ın vitse-prezidenti Stefan Pake hətta Kvebeki «yaşıl bitkoin» məskəni adlandırıb. «Reuters»in bir qədər əvvəl açıqlanan hesabatına görə, «Hydro Quebec» bitkoin istehsalçıları üçün bütün Şimali Amerikada ən aşağı enerji tarifləri ttəbiq edir. Burada bir kilovatt-saat enerji üçün enerji tarifi daha mərkəzlər üçün cəmi 2,48 sent, kriptovalyutanın özəl alıcıları üçün isə 3,94 sent təşkil edir.
5. Bitkoin istehsal edən qurğular da dəyişir
Bu məlumat bitkoin istehsal etmək fikrində olanlar üçün maraqlıdır. Hazırda bitkoinlərin istehsalı ilə bağlı 3 mərhələni qeyd etmək olar.
Birinci mərhələ 2009−2011-ci illəri əhatə edir. Həmin vaxt istinilən noutbuk və personal kompüterdə asanlıqla bitkoin istehsal (mayninq) etmək olurdu. Kompüterlərin mərkəzi prosessoru bitkoin istehsalı üçün tələb olunan gücü tam təmin edirdi.
İkinci mərhələ 2011−2013-cü illəri əhatə edir. Bitkoinin qiyməti artdıqca bu işdə oyun kompüterlərindəki qrafik prosessorlarından da istifadə etməyə başladılar. Onlar SHA256 sertifikatı ilə bağlı məsələləri adi kompüterlərdən qat-qat tez həll edə bilirdilər, amma daha bahalı idilər.
Üçüncü mərhələ 2013-dən indiyədək olan dövrü əhatə edir. 2013-cü ildə bitkoinlərin qiyməti 1000 dolları keçindən sonra mayninq üçün ayrıca avadanlıq yaradıldı. ASIC-kompüterləri mayninq üçün qrafik prosessorlarına nisbətən daha güclü və daha effektli idilər və hazırda bitkoin şəbəkələrin işi məhz onların üzərində qurulub. Amma baha qiymətinə onları tez-tez tənqid edirlər. Çünki insanların əksəriyyəti onları ala bilmir.