Bitkoin son dövrlər üçün ən yaxşı investisiyaya çevrilib. Onun qiymət artımı minlərlə faizə çatır. Bitkoin heç bir hökumətin nəzarətində deyil və güclü kompüterə sahib olmaqla onu özün də əldə edə bilərsən. FED.az bitkoin haqqında yəqin ki, indiyədək bilmədiyiniz 11 maraqlı faktı təqdim edir
1. Tezliklə bitkoinin 10 yaşı tamam olacaq
Bitkoinin yaradılması ideyası Satosi Nakamoto təxəllüslü şəxsə (ola bilər ki, bu bir neçə nəfərin birləşdiyi qrup olsun) məxsusdur. İlk dəfə bu ideya 2008-ci ildə ortaya çıxıb. Bitkoinin doğum günü yanvarın 3-ü sayılır. Həmin gün ilk 50 sikkə yaradılıb. 2010-cu ildə isə Satosi layihəni tərk edərək yoxa çıxıb.
2. Bitkoinin yaradacası indiyədək məlum deyil
Jurnalistlər Satosi Nakamoto adının arxasında kimin dayandığı barədə yalnız ehtimallar irəli sürürlər. 2014-cü ildə «Newsweek» jurnalı ehtimal etdi ki, bu Kaliforniya sakini Dorian Satosi Nakamotodur. Amma həmin şəxs bunu qətiyyətlə təkzib edib. 2015-də avstraliyalı sahibkar Kreyq Rayt bəyan etdi ki, bitkoinin yaradıcısı odur, amma bunu sübut edə bilmədi. 2017-də isə «SpaceX»in keçmiş əməkdaşı ehtimal etdi ki, kriptovalyutanı İlon Mask fikirləşib. Amma İlon Maks da bitkoindən imtina etdi. Bitkoini kimin yaratmasından asılı olmayaraq həmin şəxs çox güman ki, indi çox varlıdır.
3. Bitkoinlə ilk dəfə pizza alınıb
Bitkoindən istifadə etməklə ilk ödəniş 2010-cu ilin 22 mayında aparılıb. Həmin gün proqramçı Laslo Xanyets 10 000 bitkoin ödəməkdə pizza alıb. İndi bu qədər bitkoinin qiyməti 170 milyon dollardır.
4. Bitkoinlə bəzi malları və xidmətləri almaq olar
İndi bitkoinlə bəzi şeylər almaq olar. Məsələn, mənzil, ada, aviabilet, pizza (yenə pizza, Karl!!!) və başqalarını.
5. ABŞ hökuməti öz bitkoinlərini sərfəli qiymətə sata bilməyib
2013-də ABŞ hökuməti müvəqqəti olaraq bitkoinlərin ən böyük sahiblərindən birinə çevrildi. Həmin vaxt FBR-in əməkdaşları Silk Road saytına çıxış əldə etmişdilər. Bu saytda qadağan olunan mallar, məsələn narkotiklər və s. satılırdı. Saytın 144 000 bitkoini vardı. Həmin bitkoinlər müsadirə olunaraq özəl şəxslərə satıldı.
6. Bitkoin kəskin ucuzlaşa bilər
Kriptovalyutalar nəinki sürətlə bahalaşır, eyni zamanda həmin sürətlə ucuzlaşa da bilər. Məsələn, 2013-də bitkoinin məzənnəsi 1112 dollardan 727 dollara enib, 2017-nin noyyabrında isə 7442 dollardan 5637 dollara enib.
7. Millyarderlər bitkoinə qarşıdır
Dünyanın ən varlı özəl investoru sayılan Uorren Baffettin sözlərinə görə, bitkoindən uzaq durmaq lazımdır. «JPMorgan Chase»nin icraçı direktoru Ceymi Dimonun fikri isə belədir: «Havadan götürülən valyuta üzərində biznes qurulmur. Bütün bunlar (yəni bitkoinlə baş verənlər – FED.az) yaxşı qurtarmayacaq». İş adamı Mark Kyuban da hesab edir ki, bitkoinin qiyməti şişirdilib. Amma bu sözlərlə yanaşı, iş adamı özü kriptovalyutaları dəstəkləyən fondların birinə pul qoyub.
8. Hətta yeniyetmələr də bitkoin alırlar
Əkiz-biznesmenlər Kemeron və Tayler Uinklvoss (onlar Feysbukun kim tərəfindən yaradılması ilə bağlı Mark Zukerberqlə məhkəmə çəkişməsi aparıblar) 2013-də 11 milyon verərək dünyada mövcud olan bitkoinlərin 1%-ni alıblar. Bitkoinin qiyməti 11 min dolları keçən kimi, qardaşlar bitkoinlə pul qazanan ilk milyardçılar elan edildilər.
Yeniyetmə Erik Finamanın da tarixçəsi maraqlıdır. O 14 yaşında 1000 dollarlıq bitkoin alıb, indi milyonçudur.
9. Məşhurlar da bitkoin alırlar
Artıq bəzi məşhurların da bitkoinləri var. Bunlar Qvinet Peltrou, Eşton Katçer və Floyd Meyvezerdir.
10. İri maliyyə qurumları da bitkoinləri dəstəkləyirlər
Artıq 2017-nin dekabrın 10-dan etibarən bitkoinlə fyuçers müqavilələri üzrə əməliyyatlara start verilib. Bu əməliyyatlar Çikaqo əmtəə birjasında aparılır. Böyük ehtimalla digər birjalar da bunu edəcəklər.
11. Hard-fork nədir?
Hard-fork- kriptorvalyutanın hesablanması şərtlərinin dəyişməsinə görə, onun iki yerə bölünməsidir. 2017-nin 1 avqustunda bitkoinin ilk hard-forku baş verdi. Nətiədə yeni bir kriptovalyuta - bitkoin-keş (Bitcoin Cash) yarandı. Hard-fork bitkoinlə əməliyyatları sürətləndirir (bəzən onlar saatlarla davam edə bilər).
Bundan başqa soft-fork da var. Soft-fork kriptovalyutanın yaranması və ya hesablanmaı qaydalarının cüzi dəyişməsidir. Adətən onlar texniki xarakter daşıyır və bitkoin sahiblərinə elə də təsir etmirlər.
Bitkoin barədə bilməli olduğunuz - 11 FAKT
08:55
15 Dek 2017