Kriptovalyuta bazarında qiymətlərin çökməsi davam edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, son günlər bitkoin də başda olmaqla əksər kriptovalyutalar ucuzlaşmaqdadır.
Xüsusilə bazarda qiymət oriyentiri rolunu oynayan bitkoinin ucuzlaşması dayanmır.
Hazırda bitkoinin qiyməti 67 760 dollara enib. Bu bitkoinin son bir ayda 25 min dollar ucuzlaşması deməkdir. Təkcə son 7 gündə qiymətlər 17 min dollar və ya 20% azalıb, bu gün isə bitkoinin qiymətində daha 7% azalma baş verib.
Qeyd edək ki, təqribən yarım il əvvəl – 2025-ci ilin iyulunda bitkoinin qiyməti rekord vurmuşdu. Həmin vaxt qiymətlər 124,8 mmin dollara yüksəlmişdi. O vaxtdən bəri bitkoin fasilələrdə ucuzlaşaraq 2 dəfə dəyərdən düşüb. Daha dəqiqi qiymətlər 59 min dollar və ya 47% azalıb.
Bitkoinlə yanaşı, digər populyar kriptovalyuta olan «Etherium» da dəyərdən düşməkdədir Cəmi bir ay əvvəl – yanvarın 5-də 3166 dollar olan «Etherium» bu gün ilk dəfə olaran 2 min dollardan aşağı düşüb – 1998 dollara satılır, bu 37% ucuzlaşma deməkdir.
Xatırladaq ki, «Etherium» 6 ay əvvəl – 2025-ci ilin avqustunda 4831 dollara yüksəlmişdi, o vaxtdan bəri onun qiyməti 2,4 dəfə və ya düz 2800 dollar aşağı düşüb.











