Bu günə olan vəziyyətə görə, kriptovalyuta bazarının əsas oyunçusu Bitcoin 113 973,18 dollar səviyyəsində ticarət olunur.
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlşadı
FED.az xəbər verir ki, son 24 saatda qiymət 0,43% geriləyib, həftəlik göstərici isə 3,56% azalma ilə mənfi zonada qalır. Hazırda BTC-nin bazar dəyəri 2,27 trilyon dollar həcmindədir.
Son sutka ərzində 59,36 milyard dollar dəyərində Bitcoin alqı-satqısı baş tutub. Dövriyyədə olan 19,9 milyon BTC isə maksimal təklif həddinə çox yaxınlaşıb.
İllik müqayisədə isə Bitcoin hələ də müsbət zonada qalır. Belə ki, son bir ildə qiymətdə 22,03% artım müşahidə olunub.
Analitiklər bildirir ki, mövcud enişlər bazarın qısamüddətli korrektəsi kimi qiymətləndirilir və yaxın günlərdə qiymət hərəkətinin əsas istiqamətini müəyyənləşdirəcək vacib səviyyələr sınaqdan keçirilə bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.