“Bitcoin” bazar ertəsi yeni xarici ticarət rüsumları xəbərləri fonunda digər risk aktivləri ilə birlikdə ucuzlaşır.
FED.az xəbər verir ki, “Binance” kriptovalyuta birjasında satışlar zamanı “Bitcoin”in qiyməti 5,3 faiz ucuzlaşaraq 74,511 min dollara düşüb. Kriptovalyuta 2024-cü il noyabrın 7-dən bəri ilk dəfə 75 min dollardan aşağı düşüb.
Kriptovalyuta bazarının ümumi kapitallaşması 12,8 faiz azalaraq 2,47 trilyon dollara düşüb və Trampın seçkilərdə qalib gəldiyi noyabrın əvvəlindəki səviyyəyə qayıdıb. “Ethereum (ETH)” xüsusilə ağır zərbə alıb və 2023-cü ilin martından bəri ən aşağı səviyyəyə düşüb. İnvestorlar qlobal bazarlardakı qeyri-sabitliyə cavab olaraq aktivlərini kütləvi şəkildə satırlar.
“Coinglass”a görə, bir gündə 868 milyon dollardan çox kriptovalyuta mərcləri ləğv edilib ki, bu da son altı həftədə ən yüksək göstəricidir.
“Deribit” birjasında 70 min dollarlıq icra qiyməti ilə satış opsionlarına açıq marağın artdığı qeyd edilib, bu da investorların bazarın enişindən daha da qorunmaq üçün tələbindən xəbər verir.
“Bitcoin” və “Ethereum”in dəyərdən düşməsi kriptovalyutaların ənənəvi fond indeksləri, xüsusən də “Nasdaq 100” ilə sıx bağlı qalması ilə əlaqədar narahatlıqları artırıb. (Azərtac)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.