Dünyanın ən böyük kriptovalyutası olan Bitcoin (BTC) son günlərdə əhəmiyyətli azalma nümayiş etdirib.
Dünən Berkshire Hathaway səhmləri uçdu, NVIDIA səhmləri çöktü!
FED.az xəbər verir ki, hal-hazırda Bitcoin-in qiyməti $89,673.94 səviyyəsinə çatıb. Son 24 saat ərzində BTC 6.17% dəyər itirib, həftəlik isə 5.98% ucuzlaşıb.
Bitcoin-in ümumi bazar dəyəri hazırda $1.78 trilyon təşkil edir. Gündəlik ticarət həcmi $62.4 milyard səviyyəsindədir ki, bu da bazarda yüksək satışların olduğunu göstərir. Hazırda dövriyyədə olan BTC sayı 19.82 milyon-dur.
Bu il ərzində Bitcoin 3.99% dəyər qazanıb ki, bu da 2024-cü ilin bazar üçün nisbətən müsbət keçdiyini göstərir.
Bitcoin-in 90 min dollar həddini keçib-keçməyəcəyi investorlar tərəfindən diqqətlə izlənir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.