Bitcoin qiyməti son günlərdə ciddi dəyişkənlik nümayiş etdirir. Dünən 1 BTC-nin qiyməti 107 min dolları keçərək son günlərin ən yüksək səviyyəsinə çatmışdı.
Qlobal bazarlarda son vəziyyət - İnvestAZ TƏQDİM EDİR
FED.az xəbər verir ki, hazırda bu yüksəliş bir qədər səngiyib və qiymət 104,645.21 dollar səviyyəsində qərarlaşıb. Günlük -2.08%, həftəlik isə -5.10% enmə müşahidə olunur, lakin saatlıq göstəricilər (+0.12%) yavaş-yavaş bərpa prosesinin başlaya biləcəyinə işarə edir.
İran–İsrail gərginliyi səbəbilə qiymət ucuzlaşmışdı. Bu gərginlik hələ də davam etsə də, Bitcoin bazarında investor marağı itmir. Hazırda bazar dəyəri 2.08 trilyon dollar, gündəlik ticarət həcmi isə 57.1 milyard dollardır.
Dövriyyədə 19.87 milyon BTC var və ilin əvvəlindən bu yana Bitcoin 10.83% bahalaşıb. Analitiklərə görə, Bitcoin 100 min dollar üzərində sabit qaldıqca növbəti hədəf 110 min dollar ola bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.