Bitcoin bazarında son günlər azalma tendensiyası müşahidə olunur.
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
FED.az xəbər verir ki, hazırda kriptovalyutanın qiyməti 114 501 dollar səviyyəsinə qədər geriləyib. Son bir saat ərzində qiymətdə 0,61% artım olsa da, ümumi gündəlik dəyişiklik 0,12% azalma olduğunu göstərir. Həftəlik göstəricilərə baxıldıqda isə Bitcoin-in qiyməti 2,78% ucuzlaşıb.
Qeyd edək ki, kriptovalyutanın bazar dəyəri 2,3 trilyon dollara qədər geriləyib. Son sutka ərzində 67 milyard dollar həcmində Bitcoin alqı-satqısı baş tutub. Dövriyyədə olan BTC miqdarı 19,9 milyon olaraq sabit qalsa da, ilin əvvəlindən bəri qazanc faizi 23,7%-ə enib.
Analitiklər bildirirlər ki, Bitcoin 117 min dollarlıq səviyyəni keçsə gələcəkdə hədəflər 120 min dolların üzərində olacaq.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.