“Bakı Toxucu” QSC-nin səhmdarlarına dividend ödəniləcək. Bundan başqa, şirkət təmir tikinti işləri aparmaq üçün maliyyə mənbəyi axtarır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu şirkətin səhmdarlarının may ayında keçiriləcək yığıncağında müzakirə olunacaq.
Şirkətin yaydığı məlumata görə, “Bakı Toxucu” QSC-nin 2025-ci il üzrə maliyyə hesabatları hazırdır, aiditi sərbəst auditor Vəli Bayramov aparıb.
“Bakı Toxucu” QSC səhmdarlarının növbəti illik ümumi yığıncağı 24 may 2026-cı il saat 12:00-da keçiriləcək. Yığıncağın gündəliyində olan məsələlər:
1. “Bakı Toxucu” QSC-nin 2025-ci ilin maliyyə hesabatının müzakirəsi.
2. Dividendlərin bölüşdürülməsi.
3. Səhmlərin alqı-satqısı.
4. İcarədə olan sahələrdən daha effektli istifadə üçün təmir-tikinti, həmçinin yenidənqurma işlərinin aparılması və bu məqsədlə maliyyə mənbəyinin müəyyənləşdirilməsi.
Telefon: 012-458-14-21 / Ünvan: Bakı şəhəri, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 47.














