2025-ci ilin yanvar-dekabr aylarının yekunlarına əsasən, Azərbaycanda qiymətli kağızlar bazarında aparılan əməliyyatların detallı statistikası açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə birja ticarətinin ümumi həcmi 2024-cü illə müqayisədə 10,3% və ya 7 milyard 333 milyon 253 min manat azalaraq 63 milyard 823 milyon 560 min manata düşüb. 2024-cü ildə bu göstərici 71 milyard 156 milyon 813 min manat təşkil edib.
Bazarda bağlanan əqdlərin sayında isə daha kəskin azalma qeydə alınıb. Belə ki, əqdlərin sayı 2,4 dəfə azalaraq 71 730-dan 29 585-ə enib.
Bazar seqmentləri üzrə illik dəyişikliklər
Dövlət qiymətli kağızları bazarın ən sürətlə böyüyən seqmenti olub.
Ümumi ticarət həcmi 5 milyard 875 milyon 696 min manatdan 9 milyard 288 milyon 189 min manata yüksəlib. Artım 58,1% və ya 3 milyard 412 milyon 493 min manat təşkil edib.
İlkin bazarda 0,7% və ya 31 milyon 271 min manat artım qeydə alınıb.
Təkrar bazarda isə həcm 4,1 dəfə və ya 3 milyard 381 milyon 222 min manat artıb.
REPO əməliyyatları bazarda ümumi azalmanın əsas səbəbi olub.
Bu seqment üzrə ümumi həcm 60 milyard 922 milyon 248 min manatdan 50 milyard 633 milyon 99 min manata düşüb. Azalma 16,9% və ya 10 milyard 289 milyon 149 min manat təşkil edib.
Dövlət istiqrazları üzrə REPO əməliyyatlarının həcmi 53,6% və ya 13 milyard 267 milyon 508 min manat artaraq 38 milyard 36 milyon 441 min manata çatıb.
Korporativ qiymətli kağızlar üzrə REPO əməliyyatlarında isə 2,9 dəfə və ya 22 milyard 725 milyon 501 min manat azalma qeydə alınıb – həcm 34,5 milyard manatdan 11,8 milyard manata enib.
Korporativ qiymətli kağızlar bazarında həcm artsa da, ticarət aktivliyi kəskin zəifləyib.
Ümumi həcm 1 milyard 30 milyon 158 min manatdan 1 milyard 84 milyon 381 min manata yüksəlib. Artım 5,3% və ya 54 milyon 223 min manat olub.
Əqdlərin sayı isə 60 463-dən 21 413-ə düşüb ki, bu da 2.8 dəfə azalma deməkdir.
Mərkəzi Bankın (ARMB) notları bazarında daralma müşahidə olunub.
Ümumi həcm 1 milyard 988 milyon 709 min manatdan 1 milyard 393 milyon 923 min manata enib. Azalma 29,9% və ya 594 milyon 786 min manat təşkil edib.
İpoteka istiqrazları bazarı isə artım nümayiş etdirib.
Ümumi həcm 1 milyard 340 milyon 2 min manatdan 1 milyard 423 milyon 968 min manata yüksəlib. Artım 6,3% və ya 83 milyon 966 min manat olub.
Orta günlük göstəricilər
2025-ci ildə birjada əqdlərin orta günlük həcmi 2024-cü illə müqayisədə 9,2% və ya 26 milyon 992 min 232 manat azalaraq 267 milyon 44 min 186 manata düşüb.
2024-cü ildə bu göstərici 294 milyon 36 min 418 manat olub.
Əqdlərin orta günlük sayı isə 58% azalaraq 296-dan 124-ə enib.
Bazar seqmentləri üzrə orta günlük dəyişikliklər
Dövlət qiymətli kağızları bazarında orta günlük həcm 24 milyon 279 min manatdan 38 milyon 862 min manata yüksəlib. Artım 60,1% və ya 14 milyon 583 min manat olub. Günlük əqd sayı isə 9,53-dən 3-ə düşüb.
REPO əməliyyatları üzrə orta günlük həcm 251 milyon 744 min manatdan 211 milyon 853 min manata enib. Azalma 15,8% və ya 39 milyon 891 min manat təşkil edib. Günlük əqd sayı 35-dən 29-a düşüb.
Korporativ qiymətli kağızlar üzrə orta günlük həcm 4 milyon 256 min manatdan 4 milyon 537 min manata yüksəlib (6,6% artım). Günlük əqd sayı isə 250-dən 90-a enib.
ARMB notları üzrə orta günlük həcm 8 milyon 217 min manatdan 5 milyon 832 min manata düşüb. Azalma 29,0% və ya 2 milyon 385 min manat olub. Günlük əqd sayı 1,73-dən 2-yə yüksəlib.
İpoteka istiqrazları üzrə orta günlük həcm 5 milyon 537 min manatdan 5 milyon 958 min manata yüksəlib. Artım 7,6% və ya 421 min manat olub. Hər iki ildə bu seqment üzrə gündəlik aktivlik 1 əqddən az səviyyədə qalıb.












