12 dekabr 2024-cü il tarixində ABŞ birjalarında məşhur şirkətlərin səhmləri bahalaşıb. Texnologiya nəhəngləri, maliyyə sektorunun liderləri və digər iri şirkətlərin qiymət dəyişiklikləri bazar iştirakçılarının diqqət mərkəzində idi.
Diqqət mərkəzində olan qiymətli kağızlardan biri məşhur amerikalı milyarder, dünyanın ən uğurlu iş adamlarından biri, qiymətli kağızlar bazarının dahilərindən sayılan Uorren Baffetə məxsus olan «Berkshire Hathaway» şirkətinin səhmidir.
Hazırda bu şirkətin səhminin qiyməti 458 dollar ətrafındadır, artı qiki aydar ki, qiymət sabitləşib. Amma təqribən bir il əvvəl bu şirkətin səhminin qiyməti 362 dollar idi, yəni son bir ildə «Berkshire Hathaway»ın səhmi 96 dollar və ya 26% bahalaşıb.
FED.az aşağıdaki cədvəldə həmin şirkətlərin səhmlərində baş verən əsas dəyişiklikləri təqdim edir:
№ |
Şirkət Adı |
Bağlanış Qiyməti (USD) (12.12.2024) |
Gün ərzində dinamika (%) |
1 |
Apple |
247.96 |
0.59% |
2 |
Microsoft |
449.56 |
0.13% |
3 |
Alphabet |
191.96 |
1.79% |
4 |
Amazon.com |
228.97 |
0.55% |
5 |
Meta Platforms |
630.79 |
0.28% |
6 |
Tesla |
418.10 |
1.65% |
7 |
NVIDIA |
137.34 |
1.44% |
8 |
Berkshire Hathaway |
458,63 |
0.48% |
9 |
JPMorgan Chase & Co. |
241.53 |
0.82% |
10 |
Visa |
314.23 |
0.17% |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.