«Az Finance İnvestisiya Şirkəti»nin dövriyyəsi artıb.
FED.az xəbər verir ki, 2024-ci ilin yanvar-noyabr aylarında şirkətin birja dövriyyəsi 2 milyard 387,2 milyon manat təşkil edib. 2023-cü ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 237,1 milyon manat, başqa sözlə 11% artıb.
Bu dövrdə QSC-nin AMB-nin notları üzrə dövriyyəsi 234 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 548,1 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyə 119,2 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 1 milyard 471,7 milyon manat, səhmləri 14,3 milyon manat olub.
Cari ildə « Az Finance İnvestisiya Şirkəti»nin AMB-nin notları üzrə əməliyyatları 2,2 dəfə (273 milyon manat) azalıb, dövlət istiqrazları üzrə əməliyyatları 2,4 dəfə (320,8 milyon manat) artıb, korporativ istiqrazlar üzrə əməliyyatlar 27,3% (44,7) milyon manat azalıb, səhm əməliyyatları 51,8% (4,9 milyon manat), repo əməliyyatları 18,4% (229,1 milyon manat) artıb.
Bu il «Az Finance Kapital İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı da 21,5% və ya 523 ədəd azalaraq 1 907-yə düşüb.