“AzFinance İnvestisiya Şirkəti” QSC istehsalat müəssisəsi “AzeSteelCompany” ASC-dəki (əvvəlki “Express-C” MMC) payını satıb.
FED.az xəbər verir ki, investisiya şirkəti ilin ilk yarısında 4.45 milyon ədəd səhmi və ya 70 faizlik payını satıb.
Emitentiin ötən ilin ilk yarsında həmin müəssisədə 5 milyon 149 min 490 ədəd 61,3% səhmi mövcud olub. Ötən ilin sonunda isə bu göstərici 4 milyon 449 min 490 ədəd (65%) idi.
Qeyd edək ki, “AzeSteelCompany” 2023-cü ilin birinci yarısında 1,5 milyon manat zərərlə başa vurub. Şirkətin yığılmış zərəri isə 3,9 milyon manata çatıb.
“AzFinance İnvestisiya Şirkəti” QSC-nin "AzFinance Asset Management" MMC-də 990 payı (99%), Optimal Finance BOKT-da isə 70 payı (70%0 mövcuddur