13 oktyabr 2025-ci il tarixində saat 11:00-da "CPM-İnvest İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 102A, "City Point Baku" ünvanında baş tutacaq.
Yığıncağın gündəliyində aşağıdakı məsələlər durur:
1. Cəmiyyətin bölüşdürülməmiş mənfəətinin bir hissəsi hesabına dividendin ödənilməsi;
2. Cəmiyyətin təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlərinin müzakirəsi.
Yığıncağın gündəliyi üzrə əlavə məlumatı (materialları) yuxarıda göstərilən ünvanda əldə etmək olar.
Yığıncaqda iştirak etmək üçün səhmdarın şəxsiyyətini təsdiq edən sənəd (nümayəndə olduqda isə qanunvericiliklə təsdiq olunmuş qaydada etibarnamə) təqdim olunmalıdır.
Qeyd edək ki, investisiya şirkəti bu ilin ilk yarısını 375 min manata yaxın xalis mənfəətlə tamamlayıb. Əvvəlki illərdən qalan mənfəət isə 482,2 min manat təşkil edib.