2023-cü ilin I yarımilində Azərbaycanda investorlar vəsaitlərinin 58%-ni (977 mln. manat) aşağı riskli qiymətli kağızlar hesab olunan dövlət istiqrazlarına, 32%-ni (541 mln. manat) korporativ istiqrazlara, 7%-ni (126 mln. manat) isə pul vəsaitlərinə yatırıb. Bazarda riskli yatırımların az olması fonunda törəmə maliyyə alətlərinə tələb az olub. Müştəri aktivlərinin 95%-i ABŞ dollarındadır.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın ”Maliyyə Sabitliyi Hesabatında” bildirilib.
Qeyd edək ki, 2023-cü ilin ilk yarımilində investisiya şirkətlərinin xalis mənfəəti 6.3% və ya 0.3 mln. manat artaraq 5.2 mln. manat olmuşdur. Sektorun mənfəətliyində müsbət dinamika müşahidə edilsə də, aktivlər və kapital üzrə artım daha yüksək olmuşdur ki, bu da ROA və ROE göstəricilərinin müvafiq olaraq 4.3% və 12.2%-ə enməsinə səbəb olub. (Apa)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.