Xəbər verildiyi kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası Marja Ticarətinə dair yeni qaydaları təsdiqləyib. FED.az xəbər verir ki, həmin qaydalara görə, Foreks əməliyyatları aparan müştərilərin hüquqlarının qorunması üçün belə xidmət göstərən şirkətlərin qarşısında yeni tələblər qoyulub.
Eləcə də bax: Palata: Bəzi Foreks şirkətləri müştərilərin - QAZANMASINA QƏSDƏN MANE OLUR
Beləliklə, indi Foreks şirkətləri necə işləyəcəklər və müştərilər hansı şirkətin necə işlədiyindən hansı yolla xəbər tutacaqlar.
Yeni qaydalara görə,
Birincisi, Foreks xidməti göstərən şirkətlər əvvəlcədən müştərilərinə hansı modellə (yuxarıda göstərilən birinci və ya ikinci üsulla) işlədiklərini bəyan etməlidirlər.
İkincisi, Foreks şirkətləri yeni başlayan müştəriləri bazar və onun riskləri haqqında məlumatlandırmalıdırlar. Bunun üçün müştərilər yaddaş vərəqəsini xatırladaq sənədi oxuyub onunla tanış olmaqları barədə imza atmalıdırlar. Bu sənəddə göstərilir ki, məsələn, Foreks riskli bazardır, volotildir (qalxıb enmələr tez-tez olur), burada yüksək gəlirlilik olmaqla yanaşı, yüksək risklər də ola bilər və sair.
Bundan başqa, şirkətlər müştərilərə Foreks bazarında hökmən gəlir götürəcəkləri barədə təminatlar verməməlidirlər.
Üçüncüsü, Foreks şirkələri qarşısında tələb qoyulb ki, yeni müştərilər üçün əvvəlcə real hesab yox, demo hesabları açsınlar. Müştəri həmin demo hesablarında 5 gün ərzində minimum 30 əməliyyat aparmalıdır və yalnız bundan sonra o real hesabla əməliyyatlara başlaya bilər.
Dördüncüsü, şirkətlər tərəfindən müştərilərə verilən maliyyə dəstəyi - kredit çiyninin miqyaslarına limit qoyulub. Əvvəllər buna məhdudiyyət yox idi, şirkət müştəriyə 500-1000 qat kredit çyni təqdim edə bilərdi. Yəni məsələn, 1000 dollar vəsaitlə gələn müştəriyə bundan 99 dəfə artıq məbləğdə 99 min dollar kredit çiyni verilirdi.
Bu müştəriyə daha böyük əməliyyatlar aparıb daha çox pul qazanmaq imkanı versə də (yəni müşəri təkcə özünün 1000 dolları ilə deyil, şirkətin dəstəyindən sonra 100 min dollarla əməliyyat apara bilərdi) böyük zərərlə də qarşılaşdıra bilərdi. Bu da onunla nəticələnə bilər ki, 1 %-lik zərər 1000 dollar üçün 10 dollar olduğu halda, 100 min dollar üçün 1000 dollar təşkil edə bilərdi. Nəticədə müştəri bir neçə əməliyyata bütün vəsaitlərini itirmiş olardı. Bu da riskləri artırır, ona görə də, kredit çiyni limiti 1-in 30-a endirilib. Nəticələ investorlara maksimum 30 qat artıq dəstək verilə bilər.
Beşincisi, indiyədək şireətlər müştərilərin hesablarında olan vsaitlərin 60%-ni hələ müştəri uduzmamışdan əvvəl xarici banklara – likvidlik təminatçılarına köçürürdülər. İndi isə tələb qoyulub ki, əməliyyat başa çatana qədər bu vəsait müştərinin hesabında qalsın.
Altıncısı, maraqlı tələbdir - şirkətlərə tələb qoyulub ki, onların saytında uduzan və udan müştərilərin faiz nisbətlərini yerləşdirsinlər. «İlk dəfə investisiya şirəti ilə tanış olan müştəri görməlidir ki, statistika necədir - müştərilərin hansı hissəsi uduzur və hansı hissəsi gəlirdədir»-deyə Namiq Quliyev bu tələbi izah edir. Qeyd edək ki, əksər hallarda uduzanların sayı daha artıqdır. Sadəcə ayrı-ayrı şirkətlərin arasında müqayisə aparmaq mümkündür və investorlar bu üsulla məlumatlanırlar.
Yeddincisi, investisiya şirkətlərinə tələblər qoyulub ki, Foreks bazarında müştərlərə təqdim etdikləri xidmətlərin tariflərini və komissiyaların da açıqlasınlar. İndiyədək belə tələb yox idi və nəticədə müştərilər tariflərdən xəbərsiz olurduklar. Xidmət haqları isə investisiya şirkətlərinin tətbiq etdiyi modeldən asılıdır. Bu komissiyalar aparılan əməliyyatlardan və ya hər açılıb bağlanan hesaba görə tutulur. Eləcə də, Foreks şirkətləri alış-satış qiymətləri arasındakı fərqə vergi də qoyub qazanırlır.
Bundan başqa, investorların tələbi ilə xidmət haqqı ilə bağlı məlumatlar 1 iş günü ərzində müştəriyə açıqlanmalıdır.