Bu gün Bakı Fond Birjasında "BİR KREDİT BOKT" MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xatırladır ki, Fond Birjasının (BFB) Listinq Komitəsi "BİR KREDİT BOKT" MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı hələ 1 ay əvvəl – 2025-in 3 dekabrında verib. İstiqrazlar üzrə abunə yazılışı isə dekabrın 8-dən başlayıb və bir ay sonra – 2026-cı ilin yanavarın 6-da başa çatıb.
Bu gün – dekabrın 9-da isə AZ2002027731 İSİN kodlu istiqrazların Bakı Fond Birjasında yerləşdirilməsi həyata keçirilib.
Xatırladaq ki, budəfəki hərracda BOKT-un hər birinin nominal qiyməti 100 manat olan ümumilikdə 20 min ədəd istiqrazı satılıb. İstiqrazların ümumi nominal qiyməti 2 milyon manatdır.
1 illik müddətə buraxılan istiqrazların illik gəlirliyi 11,5% olub. Gəlirlilik səviyyəsi digər BOKT-larla müqayisədə o qədər yüksək olmasa da, investorların istiqrazlara böyük marağı müşahidə edilib.
Azərbayanın kapital bazarlarının ən böyük oyunçusu olan “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin anderrayterliyi ilə keçirilən hərracda "BİR KREDİT BOKT" MMC-nin istiqrazlara 68 investor maraq göstərib və istiqrazlar bütünlüklə yerləşdirilib.
Bu istiqrazlar Bakı Fond Birjasının Standart Bazar Listinq seqmentinə daxil edilib.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı
|
"BİR KREDİT BOKT" MMC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2002027731 |
|
İstiqraqzların növü və forması |
Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz |
|
Ticarət üsulu/forması |
Kütləvi / Abunə Yazılışı |
|
İstiqrazların sayı |
20,000 (ədəd) |
|
İlkin ticarət qiyməti |
100 manat |
|
Buraxılış həcmi |
2,000,000 manat |
|
İllik gəlirlilik faizi |
11.5% |
|
Ödəmə periodu |
İldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə) hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir. |
|
Tədavül müddəti |
1 il |
|
Reallaşdırılmış həcm |
2,000,000 manat |
|
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) |
2,000,000 manat |
|
Hərrac qiyməti |
100 manat |
|
İnvestor sayı |
68 |
|
Sifariş sayı |
68 |
|
Anderrayter |
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC |










