Bakı Fond Birjası bu ilin yanvar-aprel ayları üzrə Azərbaycanda fəaliyyət göstərən invesitisiya şirkətlərinin əməliyyatlarının cəmi dövriyyələrinin həcmini açıqlayıb.
"FED.az" BFB-yə istinadən xəbər verir ki, birja dövriyyəsi ən yüksək olan şirkət "Paşa kapital İnvestisiya Şirkəti"idir.
Məlumata görə investisiya şirkətinin dövriyəsi 18,7 milyard manata yaxınlaşıb.
"ABB İnvest İnvestisiya Şirkəti"nin dövriyyəsi 15,4milyard manatdan yüksək olub.
4 ay ərzində "Assist Finance İnvestisiya Şirkəti"nin 2,4 milyard manatdı ötüb.
"CPM-İnvest İnvestisiya Şirkəti"nin birja dövriyyəsi 894,5 milyon manatdan yüksək olub.
"Xalq Kapital İnvestisiya Şirkəti"nin 878,9 milyon manata bəraər olub
"Unicapital İnvestisiya Şirkəti"nin dövriyyəsi 867,9 milyon manat, "İnvest.Az İnvestisiya Şirkəti"nin dövriyyəsi isə 743,1 manat təşkil edib.
Ən aşağı dövriyyə "MFX Trading İnvestisiya" şirkətində qeydə alınıb. İnvestisiya şirkətinin cəmi dövriyyəsi 22,5 milyon manata bərabər olub.