Azərbaycan bankları bu il ABŞ istiqrazlarına 1 milyard manatdan çox vəsait yatırıblar.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı 2025-ci ilin ilk yarısı üzrə Maliyyə Sabitliyi Hesabatında bildirilir.
Hesabatda deyilir ki, bankların qiymətli kağızlar portfeli son rübdə artmaqdadır.
Belə ki, 2024- cü ilin sonundan bəri keçən 6 ayda banklar qiymətli kağızlara əlavə 584 milyon manat yatırıblar. Nəticədə QK portfeli daha 6,2% böyüyərək 10 milyard dollara yaxınlaşıb – 9 milyard 948 milyon manat.
Müqayisə üçün bildirək ki, 2020-ci ildə bankların QK yatırımları cəmi 4,3 milyard manat idi.
Bununla yanaşı QK yatırımlarının bankların ümumi aktivlərində payı azalaraq 17,7%-dən 17,5%-ə enib. Səbəbi odur ki, bu il bankların aktivləri daha sürətlə artır.
Bankların QK-yə yatırımları sahəsində ən böyük artım ABŞ istiqrazları üzrə olub. Belə ki, bu il Azərbaycan bankları ABŞ dövlət qiymətli kağızlarına 1,13 mlrd. manat investisiya qoyublar kİ, bu da ilin əvvəli ilə müqayisədə 80,6% artıqdır.
Əvəzində bu il bankların Maliyyə Nazirliyinin istiqrazlarına yatırımı azalıb. Bu il dövlət istiqrazlaoına yatırımlar 347 mln. manat və ya 7,8% aşağı düşüb.