Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Birja

  1. Ana səhifə
  2. Birja
  1. Birja

«Artıq bütün proses 10-15 dəqiqəyə tamamlanır» - Mərkəzi Bankın yeni sistemi belə işləyir – MÜSAHİBƏ - VİDEO

«Artıq bütün proses 10-15 dəqiqəyə tamamlanır» - Mərkəzi Bankın yeni sistemi belə işləyir – MÜSAHİBƏ - VİDEO | FED.az
10:28 8 Dek 2022

Xəbər verildiyi kimi, dekabrın 2-də Azərbaycan Mərkəzi Bankı yeni yaradılmış Qiymətli Kağızların Emissiyası Sistemini istifadəyə verib.

Bu sistem vasitəsilə investisiya qiymətli kağızlarının (səhm və istiqrazlar) dövlət qeydiyyatına alınması və yerləşdirilməsi ilə bağlı Mərkəzi Bank, Milli Depozit Mərkəzi və Bakı Fond Birjası tərəfindən emitentlərə göstərilən xidmətlər elektronlaşdırılıb.

AMB-nin qiymətli kağızların qeydiyyatı şöbəsinin müdiri Asəf Məmmədov FED.az-ı müsahibəsində bildirib ki, yeni sistem qiymətli kağızların buraxılışının dövlət qeydiyyatına alınması, ölkə daxilində və xaricində qiymətli kağızların buraxılması, emissiya prospektlərinin və informasiya memorandumlarının təsdiqi, emissiyanın yekunları haqqında hesabatın təsdiqi kimi əməliyyatları elektron formada aparmağa imkan verir.

 «Əvvəllər bu əməliyyatlar üzrə emitentlər yuxarıda qeyd olunan hər üç quruma ayrı-ayrılıqda müraciət edirdi və tələb olunan sənədlər kağız daşıyıcılarda təqdim olunurdu. İndi isə buna ehtiyac qalmayıb – bütün məlumatları elektron şəklində sayta yükləmək mümkündür».

 Qeyd edək ki, ümumiyyətlə, qiymətli kağızların qeydiyyatı - çoxmərhələli prosesdir. Bu prosesə əsasən emitent şirkət bu qiymətli kağızların buraxılması üçün qərar qəbul etməli, Mərkəzi Banka müraciət etməli, daha sonra qiymətli kağız Milli Depozit Mərkəzində  qeydiyyata alınmalı, bu proseslərdən sonra isə QK-ların yerlədirilməsi üçün Bakı Fond Birjasına müraciət edilməlidir.

Nəticədə emitent şirkət QK buraxmaq üçün bir neçə fərqli quruma faktiki olaraq eyni sənədləri təqdim etməli olur.

Bura şirkət rəhbərliyinin QK böuraxılışı barədə qərarı, emitent şirkətin qeydiyat sənədi – notariusda təsdiqlənmiş qaydada, maliyyə hesabatları, arayışlar və sair tələb olunurdu. Bütün bu sənədlər qurumlara fiziki şəkildə – çap edilərək kağız daşıyıcılarda təqdim edilməli idi.

«Bu həm vaxt və vəsait itkisinə, əlavə xərclərə səbəb olur, həm də təşkilati çətinliklər yaradır. Təşkilatlar bir neçə dəfə sadalanan qurumlara gəlməli və burada nəzərdə tutulan işləri həyata keçirməli olurlar. Xüsusilə bölgələrdə yerləşən təşkilatlar QK buraxılışı prosesində dəfələrlə Bakıya gəlməli, buraya vaxt və vəsait itirməli olurdular»-deyə AMB-nin şöbə müdiri bildirib.

Yeni işə düşən sistemdə isə bu problemlər birdəfəlik həll edilir. Burada məlumatı bir dəfə yerləşdirməklə bütün qurumlara məlumat çatır.

«Emitentlərin Bakıya gəlməsinə ehtiyac yoxdur, onlar olduqları yerdə  sistemdən qeydiyyatdan keçərək QK-ların buraxılması prosesini həyata keçirə bilərlər. Yeni sistem bütün bu proseslər və qurumlar üçün vahid portal rolunu oynayır».

Yeni sistemdən istifadə rahatdır - bura daxil olmaq üçün AMB-nin elektron xidmətlər portalına daxil olmaq tələb olunur  - «Kapital bazarı üzrə elektron xidmətlər» bölməsinə daxil olaraq «Qiymətli kağızların emissiyası sistemi»nə daxil olunur.

Daxil olduqdan sonra istifadəçi buradakı xidmətlər arasında ona lazım olanı seçib əməliyyatı davam etdirir.

Tələb olunan bütün məlumatlar - qeydiyyat şəhadətnaməsi, əsasnamə, QK buraxılışı barədə qərar, emitentin hesabatları, emissiya prospekti və sair - sistemə elektron şəkildə yüklənir. Bu sənədlər Milli Depozit Mərkəzi və Bakı Fond Birjasına da buradan avtomatik göndərilir, yəni artıq həmin qurumlara sənədləri ayrıca təqdim etməyə ehtiyac qalmayacaq.

Asəf Məmmədovun sözlərinə görə, prosesin elektronlaşdırılması emitentlərin bir neçə həftəlik vaxtına və bir sıra xərclərinə qənaətə imkan verir.

«İndiyədk isə şirkət nümayəndələri rayondan gəlməli, sənədləri təqdim etməli, bəzən oteldə qalmalı, sənədlərin üzünü çıxarmalı, onu notariusda təsdiqlətməli olurdular. Bu prosesi poçt vasitəsilə həyata keçirmək də vaxt itkisi və əlavə xərc yaradırdı. İndi isə yeni sistemin işə düşməsi nəticəsində bütün proses cəmi 10-15 dəqiqəyə başa çatır».

Qiymətli kağız buraxmaq istəyən emitent şirkətlər sistemdə lazımi məlumatlar yükləyərkən investisiya şirkətlərinin siyahısından anderraytinq xidməti üçün tərəfdaş şirkəti də seçə bilərlər.

Öz növbəsində anderraytinq şirkətləri bu sistemi vasitəsilə öz müştərilərinin müraciəti üzrə vəziyyəti, yenilikləri izləyə biləcəklər. 

Yeni sistemin daha bir üstünlüyü ondadır ki, burada müraciətlə baş verən istənidən yenilik bərədə məlumat təkcə sistemdə görünmür, həm də emitentin nümayəndəsinin telefonuna SMS şəklində və ya email ünvanına göndərilir.

Banner
  • Azərbaycan Mərkəzi Bankı
  • Qiymətli Kağızların Emissiyası Sistemi
  • Asəf Məmmədov
Paylaş

Digər xəbərlər

Azərbaycanda audit şirkəti - SƏHM BAZARINA GİRİR
Birja 3 Fev 2023
Azərbaycanda audit şirkəti - SƏHM BAZARINA GİRİR
Səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont və faiz gəlirləri - VERGİDƏN AZAD EDİLİB
Birja 3 Fev 2023
Səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont və faiz gəlirləri - VERGİDƏN AZAD EDİLİB
İstifadəçilərin kriptovalyutalara marağı artır - SORĞU
Birja 2 Fev 2023
İstifadəçilərin kriptovalyutalara marağı artır - SORĞU
Sərhədsiz investisiya imkanları - İNVESTAZ-la artıq daha əlçatan oldu!
Birja 2 Fev 2023
Sərhədsiz investisiya imkanları - İNVESTAZ-la artıq daha əlçatan oldu!
Bitcoin-in qiyməti cümə axşamı - 24 000 DOLLARI KEÇDİ
Birja 2 Fev 2023
Bitcoin-in qiyməti cümə axşamı - 24 000 DOLLARI KEÇDİ
İngiltərə və Avropa mərkəzi banklarının faiz qərarları məzənnələrə ciddi təsir edə bilər -  İnvestAZ TƏQDİM EDİR
Birja 2 Fev 2023
İngiltərə və Avropa mərkəzi banklarının faiz qərarları məzənnələrə ciddi təsir edə bilər - İnvestAZ TƏQDİM EDİR
Mask bitkoinə yatırdığı pullara görə - 140 MİLYON DOLLAR İTİRDİ
Birja 2 Fev 2023
Mask bitkoinə yatırdığı pullara görə - 140 MİLYON DOLLAR İTİRDİ
"PAŞA Kapital İnvestisiya Şirkəti"nın Müşahidə Şurasına yeni sədr - TƏYİN EDİLİB
Birja 2 Fev 2023
"PAŞA Kapital İnvestisiya Şirkəti"nın Müşahidə Şurasına yeni sədr - TƏYİN EDİLİB
SOCAR istiqrazı sahiblərinin hesablarına 1 milyon 125 min dollar köçürüldü
Birja 1 Fev 2023
SOCAR istiqrazı sahiblərinin hesablarına 1 milyon 125 min dollar köçürüldü
FED-in faiz qərarı dolların qiymətlərində həlledici roll oynaya bilər - İnvestAZ TƏQDİM EDİR
Birja 1 Fev 2023
FED-in faiz qərarı dolların qiymətlərində həlledici roll oynaya bilər - İnvestAZ TƏQDİM EDİR
Dollar indeksi yenidən geriləyə bilər - İnvestAZ TƏQDİM EDİR
Birja 31 Yan 2023
Dollar indeksi yenidən geriləyə bilər - İnvestAZ TƏQDİM EDİR
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı - HƏFTƏLİK ANALİZ
Birja 30 Yan 2023
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı - HƏFTƏLİK ANALİZ
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • "Chameleon Group" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    09:05 4 Fev 2023
  • Daxili Qoşunlar Baş İdarəsi – BÖYÜK TENDER ELAN ETDİ
    08:54 4 Fev 2023
  • Kartlarda olan pullar - VERGİYƏ CƏLB OLUNACAQ?
    18:26 3 Fev 2023
  • Dolların bazar ertəsinə olan məzənnəsi - AÇIQLANDI
    18:19 3 Fev 2023
  • Energetika Nazirliyi "ACWA Power" şirkəti ilə yeni əməkdaşlıq sənədləri - İMZALAYIB
    18:11 3 Fev 2023
  • Azərbaycanda soğan ixracının məhdudlaşdırılmasının səbəbi - AÇIQLANIB
    18:01 3 Fev 2023
  • Bu şəxs “Naxçıvansığorta”nın Müşahidə Şurasının sədri vəzifəsindən də - UZAQLAŞDIRILDI
    17:57 3 Fev 2023
  • "Al Market" - MƏHKƏMƏYƏ VERİLİB
    17:49 3 Fev 2023
  • "Azglobal İnternational" məhkəməyə verildi - SƏBƏB
    17:45 3 Fev 2023
  • “Zaminbank”ın həbsdə olan sabiq rəhbərinin - CƏZASI AZALDILIB
    17:38 3 Fev 2023
  • Gənclər və İdman Nazirliyi – TENDER ELAN ETDİ
    17:33 3 Fev 2023
  • Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - 2 NƏFƏR VƏFAT ETDİ
    17:28 3 Fev 2023
  • Bu küçələrin kəsişməsindəki dairəvi hərəkət ləğv edilib - BNA
    17:26 3 Fev 2023
  • AQTA bu market və restoranlarda nöqsanlar aşkarlayıb - SİYAHI
    17:23 3 Fev 2023
  • Dövlət qurumu komperlər, noutbuklar, skanerlər və printerlər alır - TENDER ELANI
    17:16 3 Fev 2023
  • Elektrik mal- materiallarının alınması ilə bağlı - BÖYÜK TENDER ELANI
    17:07 3 Fev 2023
  • Rəşad Əhmədov: "Son on gündə 20 min avtomobil onlayn qaydada sığortalanıb"
    16:58 3 Fev 2023
  • Bu il azad edilmiş hansı ərazilərə sakinlərin geri dönəcəyi - AÇIQLANIB
    16:51 3 Fev 2023
  • Dövlət qurumu mühafizə xidməti ilə bağlı – TENDER KEÇİRİR
    16:48 3 Fev 2023
  • Vüqar Bayramov: “Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində xüsusi rola malikdir”
    16:44 3 Fev 2023
  • Təsərrüfat mallarının alınması ilə bağlı –TENDER ELANI
    16:42 3 Fev 2023
  • Yandeks” Türkiyədə - OFİS AÇACAQ
    16:39 3 Fev 2023
  • Satışa yeni mənzillər çıxarıldı - AYLIQ ÖDƏNİŞ 330 MANATDAN - SİYAHI - VİDEO
    16:37 3 Fev 2023
  • Dövlət borcuyla əlaqədar büdcənin - TƏRTİB QAYDASI DƏYİŞİB
    16:32 3 Fev 2023
  • Azərbaycanda kirayə üsulu ilə - Yeni Mənzillər Satışa Çıxarıldı - SİYAHI
    16:20 3 Fev 2023
  •  “Nar”ın dəstəyi ilə "Fibonacci Games" oyunlarının finalı keçirilib
    16:15 3 Fev 2023
  • Kənd Təsərrüfatı Nazirliyi - TENDER ELAN ETDİ
    16:12 3 Fev 2023
  • Azərbaycan soğanın ölkə ərazisindən aparılmasını - MƏHDUDLAŞDIRDI
    16:10 3 Fev 2023
  • "AMB uçot dərəcəsinin azaldılmasına ən tez 2024-cü ilin əvvəlində gedəcək"
    16:03 3 Fev 2023
  • Azərbaycana idxal edilən soğan gömrük rüsumundan - AZAD EDİLİB
    15:58 3 Fev 2023
  • “Agro Biz” alqı-satqı məsələsinə görə - MƏHKƏMƏYƏ VERİLDİ
    15:46 3 Fev 2023
  • "Ziraat Bank Azərbaycan" ilə - EV SAHİBİ OLUN!
    15:44 3 Fev 2023
  • İlham Əliyev İranda şəhid olan Əsgərov Orxanı təltif etdi - SƏRƏNCAM
    15:39 3 Fev 2023
  • Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 2 şirkətə 2,7 milyonluq sifariş verdi - TENDER NƏTİCƏSİ
    15:32 3 Fev 2023
  • “Sevgililər Günü”ndə kişilərin ürəyincə olacaq – 5 ƏN YAXŞI HƏDİYYƏ İDEYASI
    15:29 3 Fev 2023
  • “Cash by Code” xidməti  - YELO MOBİL TƏTBİQİNDƏ
    15:26 3 Fev 2023
  • “Nort Vest Konstrakşn” şirkətin "Akkor"dun bu şirkətini - MƏHKƏMƏYƏ VERDİ
    15:25 3 Fev 2023
  • SOCAR-ın Bakı Ali Neft Məktəbində Gənclər Günü - QEYD OLUNUB
    15:17 3 Fev 2023
  • " İmport Group of Azerbaijan " podrat məsələsinə görə 2 şirkətlə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
    15:15 3 Fev 2023
  • Əmlak Məsələləri Dövlət Xidməti "İnteks" şirkətini - MƏHKƏMƏYƏ VERDİ
    15:10 3 Fev 2023
  • “Wolt”un kuryerləri narkotik daşıyırmışlar - VİDEO
    15:09 3 Fev 2023
  • SOCAR və “Romgaz” arasında Azərbaycandan Rumıniyaya qaz nəqlinə dair - SAZİŞ İMZALANDI
    15:06 3 Fev 2023
  • Neft Fondu yanvarda hərraclarda satdığı valyutanın məbləğini - AÇIQLADI
    15:01 3 Fev 2023
  • "AFB Bank" əmanətlərinin - 10%-li GƏLİR VERGİSİNİ ÖZÜ ÖDƏYƏCƏK
    14:53 3 Fev 2023
  • “Mc Donald"s Azərbaycan" şirkəti - MƏHKƏMƏ VERİLİB - SƏBƏB
    14:47 3 Fev 2023
  • Azərbaycanda audit şirkəti - SƏHM BAZARINA GİRİR
    14:47 3 Fev 2023
  • Analitiklər: “Rusiya xam neftinə tətbiq edilən sanksiyalar uğursuz olub”
    14:40 3 Fev 2023
  • KOBİA 9 şirkətə 2,5 milyonluq sifariş verdi - TENDER NƏTİCƏSİ
    14:37 3 Fev 2023
  • SOCAR və “ACWA Power” şirkəti - SAZİŞ İMZALADI
    14:28 3 Fev 2023
  • "Avandsis Enerji" məhkəməyə verildi - SƏBƏB
    14:21 3 Fev 2023
  • İşğaldan azad edilmiş ərazilərdə İtaliya şirkətlərinin fəaliyyəti - MÜZAKİRƏ EDİLİB
    14:16 3 Fev 2023
  • “Dünyagöz Azərbaycan” pozuntuya görə - MƏHKƏMƏYƏ VERİLDİ
    14:14 3 Fev 2023
  • "Hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparırıq"
    14:11 3 Fev 2023
  • Aqrar Tədarük və Təchizat - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    14:02 3 Fev 2023
  • Tarif Şurasının səlahiyyətləri artırılıb
    13:33 3 Fev 2023
  • İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - ÇIXIŞ EDİB
    13:26 3 Fev 2023
  • "Qarşıdakı illərdə biz milyardlarla kubmetr təbii qaza qənaət edəcəyik”
    13:20 3 Fev 2023
  • Fərdi baytarlıq xidməti ilə məşğul olan şəxslərin - Sosial Öhdəlikləri Azaldılıb
    13:13 3 Fev 2023
  • Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması qaydası hazırlanacaq - FƏRMAN
    13:08 3 Fev 2023
  • Şənbə gününün - HAVA PROQNOZU
    13:04 3 Fev 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!