Dünənki ticarət sessiyasında ABŞ-ın aparıcı şirkətlərinin səhmlərində müxtəlif istiqamətlərdə dəyişikliklər müşahidə olunub. Ümumi mənzərə daha çox texnologiya nəhənglərinin səhmlərində ucuzlaşma qeydə alındığını göstərir.
Bu həftə səhmləri ən çox bahalaşıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI (3-7 fevral, 2025)
FED.az xəbər verir ki, xüsusilə Amazon.com şirkətinin səhmləri 4,05% dəyər itirərək siyahıda ən çox ucuzlaşan şirkət olub. Bundan başqa Alphabet (Google) şirkətinin səhmləri 3,19%, Tesla səhmləri isə 3,39% ucuzlaşıb.
Siyahıda Meta Platforms və NVIDIA kimi şirkətlərin səhmləri isə müsbət dinamika nümayiş etdirib. Meta Platforms səhmləri 0,36%, NVIDIA isə 0,90% bahalaşıb. Həmçinin Visa səhmlərində 0,16% dəyərində kiçik bir artım qeydə alınıb.
Daha detallı aşağıdakı cədvəldə :
Sıra |
Şirkət Adı |
Səhmin Bağlanış Qiyməti ($) |
Gündəlik dəyişiklik (%) |
1 |
Apple |
227,63 |
-2,40 |
2 |
Amazon.com |
229,15 |
-4,05 |
3 |
Meta Platforms |
714,52 |
+0,36 |
4 |
Berkshire Hathaway |
472,74 |
-0,94 |
5 |
Visa |
348,02 |
+0,16 |
6 |
Johnson & Johnson |
153,12 |
-0,25 |
7 |
Microsoft |
409,75 |
-1,46 |
8 |
Alphabet (Google) |
187,14 |
-3,19 |
9 |
Tesla |
361,62 |
-3,39 |
10 |
NVIDIA |
129,84 |
+0,90 |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür