Çində və artıq dünyanın başqa ölkələrində də sürətlə yayılan yeni virus iqtisadi nəticələrini göstərməyə başlayıb. Çinin dünya iqtisadiyyatında tutduğu yer və müxtəlif bazarlarda necə böyük əhəmiyyətə malik olması öz sözünü deyir.
Eləcə də bax: “Samsung” koronavirus təsiri altında olan şəhərlərdəki - MÜƏSSƏLƏRİNİ BAĞLAYIR
FED.az xəbər verir ki, Çində birja indeksləri sürətlə aşağı düşür, dünyanın demək olar ki, bütün ölkələrində Çinlə əlaqəsi olan şirkətlərin səhmləri də ucuzlaşmaqdadır.
Çinin özündə dəmiryol və təyyarə daşımaları 42% azalıb, Shanghai Composite birja indeksi 2,8% geriləyib. Hətta Şanxaydakı Disneylend də müvəqqəti bağlanıb. Nəticədə bütün dünyada aviaşirətlərin səhmləri ucuzlaşıb. Ən çox ucuzlaşan «Air China» olub, səhmləri 14,3% aşağı düşüb. «Air France» və «American Airlines» 5%, «Lufthansa» 4% ucuzlaşıb. Rusiyanın «Aeroflot» şirkəti də səhmlərinin 5%-ni itirib.
Koronavirus nəticəsində restoranlar sürətlə bağlanır. Çində restoran, əyləncə, turizm xidmətləri 28% azalıb. Nəticədə restoran şirkətləri ucuzlaşır, «Luckin» və «Starbucks»ın səhmləri aşağı düşür.
Çinin qəhvəxana şirkəti olan «Luckin Coffee»nin, hansı ki, «Starbucks»un əsas rəqibidir və bazar dəyəri 9 mlrd dollardır, səhmləri 8% ucuzlaşıb. Hazırda şirkətin Uxandakı və ətraf şəhərlərdəki bütün restoranları bağlıdır.
Bazar qiyməti 105 milyaod dollar olan «Starbucks»ın öz səhmləri isə 4% ucuzlaşıb. Şirkət elan edib ki, virusun tapıldığı Xubey vilayətindəki bütün mağaza və kafelərini bağlayır.
Qeyd edək ki, Çin, ABŞ-dan sonra «Starbucks» üçün ikinci böyük bazar sayılır. Çindəki 4 125 restoran «Starbucks»a təkcə 2019-un 4-cü rübündə $763 mln gəlir gətirmişdi. «McDonald's», hansı ki, Çinin 5 şəhərində restoranlarını bağlayıb, səhmlərinin 1%-ni itirib, amma bu rəqəm böyüyəcək. Şirkətin gəlirinin azı 2%-i Çindən gəlir. Çindəki bəzi restoranlarını bağlayan KFC və Pizza Hut-in də səhmləri 5% düşüb. Qeyd edək ki, KFC-nin satışlarının 27%-i, Pizza Hut-in isə 17%-i Çin bazarındadır.
Çinlə böyük əlaqələri olan Rusiya neft-qaz şirətlərinin - «Rosneft», «Qazprom» və «Lukoyl»un səhmləri ucuzlaşıb.
Çinlə qonşu Yaponiyada isə elektrik malları istehsalçıları zərər görməyə başlayıblar. «Sony»nin səhmləri 0,9%, «Sharp»ın 3,3%, «Panasonic»in səhmləri 1,3% enib.
Bütün dünyada Çin malları ümumilikdə 5% ucuzlaşıb.
Çindəki yeni virus xammal birjalarını vurub, özü də təkcə nefti yox. Mis, dəmir filizi və buğda ucuzlaşmağa başlayıb. Misin qiyməti 1,5% ucuzlaşaraq ton üçün 5834,5 dollara, dəmir filizi isə 6,4% ucazlaşaraq tonu 85 dollara düşüb. Bu rəqəmin 80 dollara enməsi ehtimalı da var.
Hərçənd, JP Morgan-ın analitiki Xaybin Çju bildirir ki, ölkənin təhlükəli viruslarla mübarizə təcrübəsi olduğuna görə, onun nəticələri 2003-cü ildəki kimi güclü deyil.
Bununla yanaşı, ekspertlərin fikrincə, insanların bayıra çıxmaq istəməməsi, restoran və marketlərə getməməsi, daşıma şirkətlərinin və internet ticarət şirkətlərinin səhmlərini artıracaq. Qiymətin artacağı gözləniən şirkətlər arasında əsas namizədlər «Alibaba», «Vipshop», «Meituan Dianping», «ZTO Express» və «BEST» göstərilir.
Ümumiyyətlə Çinin ən byöük şirkətlərindən biri olan «Alibaba» ilə bağlı proqnozlar qarışıqdır. Bir tərəfdən şirkətin səhmləri sürətlə ucuzlaşır. Belə ki, «Alibaba»nın səhmləri 6% azalıb və 176 dollardan 166 dollara enib. «Baidu» şirkətinin səhmlərində isə 4% azalma var, qiymətlər 105–106 dollardan 100 dollara enib.
Digər tərəfdən ekspertlər bu şirkətin səhmlərinin artacağını bildirərək onun səhmlərini alması tövsiyə edirlər. «Refinitiv»in rəyini öyrəndiyi 52 ekspertdən 51-i «Alibaba»nın səhmini almağı tövsiyə edir.
Sənaye şirkətləri ilə yanaşı, kosmetika şirkətləri də ucuzlaşır. «Estee Lauder» şirkəti 4%-dən çox, «Nike» isə 1,75% itirib. Bununla yanaşı, «Walmart» və «Target» ticarət şəbəkələri, hansı ki, Çin bazarında 26% və 34% payları var, səhmləri 1,5% artıb.
Çindəki kazinoların da səhmlərində kəskin azalma var. Virusa görə kazinoların bağlanması ehtimalı yüksəkdir. «Las Vegas Sands»ın səhmlərində 6,75%, «Wynn Resort»da isə 8% azalma var.
Marriott, Hilton və Hyatt Hotels kimi otel şirkətləri də 0,7-3% ucuzlaşıb.
Əvəzində dərman şirkətlərinin səhmləri artmaqdadır. «BioCryst Pharmaceuticals» şireəti təkcə yanvarın 28-də 20% bahalaşıb, «Inovio Pharmaceuticals, Inc.» 36%, «Moderna»nın səhmləri 13% artıb. Səbəb odur ki, epidemiya vaxtı dərmanlara tələbat artır və bu şirkətlər koronavirusa qarşı vaksin hazırlaya bilərlər.