Qlobal fond bazarları ABŞ və Çinin yeni ticarət tarifləri fonunda dalğalanır.
FED.az xəbər verir ki, aprelin 2-də ABŞ 180-dən çox ölkə və ərazi üçün yeni gömrük rüsumlarının tətbiq edildiyini açıqlayıb. Aprelin 4-də isə Çin ABŞ -dan gələn bütün məhsullara əlavə rüsumlar tətbiq edib . İki ölkə arasında artan ticarət qarşıdurması fonunda dünya üzrə fond bazarları ardıcıl ikinci həftə qiymətlərin çökməsi ilə açılıb. Beləliklə, aprelin 7-də
Tokio Fond Birjası kotirovkaların çöküşü ilə açılıb, əsas «Nikkei» indeksi 6,46% ucuzlaşıb.
Honq Konq birjasında «Hang Seng» və «Hang Seng Tech» indeksləri müvafiq olaraq 9% və 10% ucuzlaşıb.
Bazar ertəsi Şanxay, Şençjen və Pekin birjalarında əsas indekslər ucuzlaşıb.
Moskva birjasının indeksi açılışda 2,7%-dən çox ucuzlaşıb.
Avstraliya dolları son 5 ildə ilk dəfə ABŞ dollarından aşağı düşüb.
Moskva Birja İndeksi 2024-cü ilin dekabr səviyyəsinə enərək 2700-dən aşağı bir dəyər göstərib.
Tokio Birjası «Nikkei» indeksi 6,88% ucuzlaşma ilə bağlanıb.
Hindistan fond bazarları da erkən ticarətdə düşüb Bombay Fond Birjasının «Sensex» və «Nifty 50» benchmark indeksi pandemiyadan bəri ən pis açılışlardan biri olaraq görüləndə müvafiq olaraq 5,29% və 5% itirdi.
London Fond Birjasında səhər ticarəti zamanı FTSE 100 indeksində kəskin eniş qeydə alınıb.
«Shanghai Composite» bazar ertəsi ticarətini 7,34% ucuzlaşıb.
Tayvan səhmləri 2 065,87 bənd və ya 9,7 faiz azalaraq 19 232,35-ə düşüb.
Amsterdam Fond Birjasında ticarət kotirovkaların kəskin azalması ilə açılıb. Ən böyük kapitallaşmaya malik 25 şirkətin səhmləri əsasında hesablanan indeks 6,3% azalıb.
Paris Fond Birjasında hərraclar ardıcıl ikinci gündür ki, “qırmızı zona”da bağlanıb və əsas CAC 40 indeksinin dəyərinin 4,78% azalaraq 6 927,12 bənd təşkil edib.
Almaniyanın ən böyük müdafiə konserni «Rheinmetall»ın səhmləri ABŞ-ın ticarət tarifləri səbəbindən qlobal bazarların çökməsi fonunda ticarətdə 27% ucuzlaşıb .
Hindistanın dörd ən böyük milyarderi fond bazarındakı qeyri-sabitliyə görə 10,3 milyard dollar itirib.
ABŞ Maliyyə Nazirliyi hesab edir ki, yeni tariflər iqtisadi tənəzzülə səbəb olmayacaq.
Bazarlardakı eniş fonunda Bitcoin öz dəyərinin 10%-ni itirərək, 2024-cü ilin noyabr ayı səviyyəsinə enib.
Brent markalı neftin bir barelinin iyun fyuçers müqaviləsinin qiyməti 63 dollara düşüb , 2021-ci ilin aprelindən bəri ən aşağı səviyyədir.
ABŞ fond bazarı demək olar ki, 5 trilyon dollar itirib, qlobal iqtisadi artım 1% azala bilər və bəzi ölkələr, o cümlədən Meksika, Kanada və ABŞ-ın özü tənəzzüllə üz-üzədir.
Bir gün ərzində Bitcoin, Binance mübadilə məlumatlarına görə, ticarət zamanı 10%-dən çox ucuzlaşaraq 7 noyabr 2024-cü ildən bəri ilk dəfə 75 000 dollara satılıb.
Nyu-York Fond Birjasında əsas indekslər ticarət sessiyasına 3-4% civarında nəzərəçarpacaq enişlə başlayıb.
2018-ci ilin yazında əvvəlki prezidentlik dövründə də Donald Tramp Çin mallarına gömrük rüsumlarının tətbiqi və daha sonra 2,5 dəfə artırılması qərarları ilə Asiya bazarlarında çöküşə səbəb olmuşdu.