Bu ilin yanvar-aprel aylarında “ABB İnvest İnvestisiya Şirkəti” QSC-nin əməliyyatlarının dövriyyəsi təqribən 15,4 milyard manat təşkil edib.
FED.az bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.
Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,8 milyard manat və ya 3,3 dəfə çoxdur.
Bu dövrdə investisiya şirkətinin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 3 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 7,2 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyə 91,3 milyon manat, səhm əməliyyatları üzrə dövriyyə 6,2 milyon manat, repo əməliyyatları üzrə dövriyyə 12,3 milyard manat təşkil edib.
Əməliyyat sayı isə 8 min 885 olub.
Əvvəlki illə müqayisədə dövlət istiqrazları üzrə dövriyyə 2,5 milyard manat (6,4 dəfə), korporativ istiqrazları üzrə dövriyyə 3,9 milyon manat (4,2%) səhmləri üzrə dövriyyə 6,2 milyon manat (151,5 dəfə), repo əməliyyatları üzrə dövriyyə 8,3 milyard manat (3 dəfə) artıb.
Əməliyyat sayında isə 8 min 91 ədəd və ya 11,2 dəfə artım qeydə alınıb.