18 may 2019 11:27

Tesla səhmləri son iki ilin ən aşağı səviyyəsinə düşüb 

ABŞ-ın elektromobil istehsalçısı Tesla-nın səhmləri şirkətin İcraçı direktoru Elon Musk-ın xərclərə qənaət başladacağını açıqlamasının ardından 3 faizdən çox ucuzlaşıb və 2017-ci ilin yanvar ayından bu yana görülməyən səviyyələrə düşüb.

FED.az xəbər verir ki, Musk, işçilərə göndərdiyi bir e-maildə Tesla-da nə qədər kiçik olmasından asılı olmayaraq bütün xərclərin araşdırılmasının çox əhəmiyyətli olduğunu bildirib və maaşlar, səyahət xərcləri və kirayə daxil olmaqla şirkətin bütün ödəmələrinin gözdən keçiriləcəyi yeni bir tədbirə başlanacağını qeyd edib.

Elon Musk, "Bu olduqca çətin, lakin Tesla-nı yenidən maliyyə olaraq sabit bir hala gətirmək və dünyanı ekoloji olaraq daha təmiz etmək hədəfimizə çatmamız üçün tək yoldur",- yazıb.
Həmçinin səhmlərin ucuzlaşmasına, Mart ayında Floridada Tesla avtomobili ilə baş vermiş ölümcül qəzada, avtomobilin avto pilot sisteminin qəzadan bir neçə saniyə əvvəl avtomatik olaraq aktiv olduğu barədə xəbərlər də təsir göstərib.

Tesla avto pilot xüsusiyyətinin etibarlı olduğu barədə açıqlamasını təkrarlayıb. Tesla-ya görə, avto pilotun dəstək olduğu sürücülər, hər hansı bir kömək almayan sürücülər ilə müqayisədə daha güvəndədirlər.

Xəbərlərin ardından Tesla-nın səhmləri 3.25 faiz ucuzlaşaraq 219.37 dollara düüşb. Bu, son iki ilin ən aşağı səviyyəsidir.

 

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz