2025-ci ilin göstəricilərinə əsasən, investisiya şirkətlərinin birja əməliyyatlarının həcmindəki artım dinamikası açıqlanıb.
FED.az xəbər verir ki, renkinqə artım tempinə görə "Troni İnvestisiya Şirkəti" QSC liderlik edir. Şirkətin əməliyyat həcmi ötən illə müqayisədə 590 milyon 547 min manat artaraq, rekord səviyyədə – 117,5 dəfə yüksəlib.
İkinci yerdə "Xalq Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb. Şirkətin dövriyyəsi 1 milyard 723 milyon 162 min manat, yəni 6,2 dəfə artıb.
"İnvest-Az İnvestisiya Şirkəti" ASC-nin göstəricilərində də kəskin artım müşahidə olunub. Burada artım 1 milyard 168 milyon 376 min manat və ya 2,1 dəfə təşkil edib.
"CPM-İnvest İnvestisiya Şirkəti" QSC-nin əməliyyat həcmi 2 milyard 869 milyon 589 min manat artaraq, ötən ilə nisbətən 96,8 faiz çoxalıb.
Bazarın ən böyük iştirakçısı "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-də mütləq rəqəmlərlə ən böyük artım qeydə alınıb. Şirkətin dövriyyəsi 17 milyard 698 milyon 347 min manat, başqa sözlə 76,1 faiz yüksəlib.
Siyahını "İnno Kapital İnvestisiya Şirkəti" QSC tamamlayır – şirkətin əməliyyat həcmi 114 milyon 528 min manat və ya 69,7 faiz artıb.











