Çexiyanın müdafiə şirkəti «Czechoslovak Group» (CSG)-nin səhmlərinin xalqa satışından - IPO-sundan sonra şirkətin sahibi və baş direktoru Mixal Strnadın sərvəti 37 milyard dollara çataraq dünyanın ən varlı silah sahibkarı olub.
Prezident silah ixracından danışıb: "Qısamüddətli hədəf ixracı bir milyard dollara çatdırmaqdır"
Prezident İlham Əliyev Tərtərdə yeni silah zavodunun açılışında - FOTOLAR
Azərbaycan xaricə silah da satır: «15 şirkət lisenziya alıb, 7 şirkət artıq məhsul buraxır»
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, cəmi 33 yaşı olan Mixal Strnada şirkət öz atasından miras alıb: o, 21 yaşında CSG-nin baş direktoru, beş il sonra isə şirkətin sahibi olub. 2025-ci ilin may ayında o, Şərqi Avropanın (Rusiya xaricində) ən varlı adamı seçilib. Halbuki cəmi 7 ay əvvəl Strnadın sərvəti 17,1 milyard dollar olmuşdu.
«Bloomberg» agentliyinin tərtib etdiyi «Milyarderlər İndeksi»nə görə, o, dünyanın 40 yaşdan kiçik üçüncü ən varlı insanıdır. Strnad yalnız «Walmart Inc» ailəsindən olan Lukas Uoltondan (sərvəti 49 milyard dollar) və «Red Bull» şirkətinin qurucusu Mark Mateschitzin oğlu Mark Mateschitzdən (38,4 milyard dollar) geri qalır.
«Czechoslovak Group» haqqında nə məlumdur?
Mixal Strnadın atası, çex sahibkarı Yaroslav Strnad, 1995-ci ildə hərbi materiallar, avadanlıq və maşın ticarəti ilə məşğul olan «Excalibur Army» şirkətini təsis edib. Bir neçə başqa şirkəti dəəldə etdikdən sonra, 2016-cı ildə şirkətin adını «Czechoslovak Group» olaraq dəyişdirən «Excalibur Group» holdinq şirkəti yaradılıb, 2 il sonra Yaroslav Strnad mülkiyyət hüququnu oğluna ötürdü.
Bu gün şirkət Avropanın aparıcı artilleriya sursatı istehsalçılarından biridir və məhsullarını Ukrayna və NATO ölkələrinə tədarük edir. CSG həmçinin artilleriya, zirehli maşınlar və yük maşınları da daxil olmaqla ağır hərbi texnikanın istehsalı və modernləşdirilməsi üzrə bölməsini fəal şəkildə genişləndirir.
Şirkətdə dünya üzrə 14 000-dən çox işçi çalışır. 2025-ci ilin ilk üç rübündə (yanvar ayına olan son hesabat dövrü) «Czechoslovak Group»un gəliri illik müqayisədə 82 faiz artaraq 4,8 milyard avroya çatıb, faiz, vergi, amortizasiya və amortizasiyadan əvvəlki mənfəət (EBITDA) isə 79 faiz artaraq 1,2 milyard avroya çatıb.
Yanvarın 23-də şirkət «Euronext Amsterdam» fond birjasında ilkin kütləvi təklif (IPO) keçirərək 3,8 milyard avro cəlb edib. İnvestorlar CSG-ni 25 milyard avro dəyərində qiymətləndirdilər. Ticarət sessiyası zamanı səhmlər IPO qiymətindən 32 faiz daha baha satılıb.
"Strnad" Kiyevə mərmi tədarük etməklə sərvət qazanıb
«Czechoslovak Group»un ulduzu Ukrayna müharibəsindən sonra parlayıb. «Reuters» agentliyinin məlumatına görə, Ukrayna müaribəsin başlayandan sonra sursat, hərbi yük maşınları, zirehli maşınlar və raket buraxıcılarının istehsalı sayəsində CSG Avropada ən sürətlə böyüyən müdafiə şirkətlərindən birinə çevrilib.
Buna görə də "Ukraynadakı istənilən sülh müqaviləsi şirkəti əsas artım hərəkətverici qüvvəsindən məhrum edə bilər", çünki bu münaqişə CSG-nin 2024-cü ildə gəlirinin üçdə birinin mənbəyi olub. Xüsusilə, 2024-cü ildə şirkətin gəlirləri 2021-ci illə müqayisədə təxminən doqquz dəfə artıb.
Şirkət özü iddia edir ki, Ukraynaya silahı satmağa hələ müharibədən sonra başlayıblar. Belə ki, 2018-ci ilin əvvəlində CSG üzvü olan şirkətlər Ukraynaya onlarla özüyeriyən haubitsa və piyada döyüş maşını tədarük ediblər. 2022-cü ilin fevral ayından sonra onlar Ukraynaya tanklar, piyada döyüş maşınları, özüyeriyən haubitsalar və hava hücumundan müdafiə sistemləri də daxil olmaqla daha əhəmiyyətli hərbi texnika tədarükünü həyata keçiriblər.
2024-cü ilin oktyabr ayında isə şirkət Ukraynanın silah istehsalçısı «Ukrainian Armor» ilə birlikdə Ukraynada 155 mm-lik artilleriya sursatının istehsalı üçün müqavilə imzalayıb.
Bir il sonra isə Ukraynada iri çaplı sursatların lisenziyalı istehsalı başlayıb.
Şirkət ilkin olaraq ildə 100 000 ədəd 155 mm-lik mərmi və 50 000 ədəd 105 mm-lik mərmi buraxır.
Xatırladaq ki, Azərbaycan da müdafiə sənayesini gücləndirməyə başlayıb və artıq xaricə silahı və silah-sursat ixracına başlayıb.




![33 yaşlı iş adamı Ukraynaya silah satmaqla - [red]37 MİLYARD TOPLADI - SİLAH BARONU[/red] | FED.az](upload/news/small/2300300.jpg)
![33 yaşlı iş adamı Ukraynaya silah satmaqla - [red]37 MİLYARD TOPLADI - SİLAH BARONU[/red] | FED.az](upload/news/small/2494789.jpg)
![33 yaşlı iş adamı Ukraynaya silah satmaqla - [red]37 MİLYARD TOPLADI - SİLAH BARONU[/red] | FED.az](upload/news/small/2068935.jpg)







