Texnologiya şirkətləri dünyanın səhm bazarının mənzərəsini dəyişməkdə davam edir.
FED.az xəbər verir ki, xüsusilə süni intellktə əsaslanan texnoloji şirkətlərin səhmləri sürətlə bahalaşmaqda, şirkətlərin bazar dəyiri isə rekordlar vermaqdadır.
Ötən həftə süni intellekt əsaslı daha bir şirkətin – «Broadcom»un səhmlərinin sürətli bahalaşması ilə yadda qaldı. Təqribən 1 ayd davam edən rallidən sonra şirkətin bazar dəyəri 1 trilyon dolları keçib və hazırda 1,2 trilyon dollar ətrafındadır.
Qeyd edək ki, «Broadcom» şirkəti hazırda süni intellkt bazarının lideri olan «Nvidia»nın çiplərinə alternativ axtaran şirkətlər üçün böyük əhəmiyyət daşıyır. Bu rəqabət slində texnologiya bazarında baş verən proseslərin nəticəsidir – belə ki, süni intellekt çiplərinə tələbatın artması bu çiplərin istehsalçılarına güc qatmaqdadır.
«Broadcom»un səhmlərinin sürətli artımı ötən həftənin sonundan – dekabrın 11-dən başlayıb. Həmin gün açıqlanan illik hesabat göstərdi ki, şirkət 4-cü rübü (maliyyə ili noyabrın 3-də başa çatır) əla nəticələrlə başa vurub, eləcə də şirkətin proqnozları qarşıdakı illərdə süni intellkt çiplərinə tələbatın dəfələrlə artacağını göstərir. Belə ki, proqnoza görə, şirkətin süni intellekt sahəsindəki illək gəliri qarşıdakı illərdə 60-90 milyard dollar arasında dəyişəcək.
Hələliksə, şirkətin illik gəliri 51% artaraq 14 milyard dolları keçib. Gəlirlərin böyük hissəsi süni intellektin payına düşür.
Bu il Broadcom süni intellkt sahəsindən gəlirini 220% artıraraq 12 milyard dollara çatırıb.
Şirkətin səhmbaşına düşən gəliri 1,42 dollar olub.
Bütün bu müsbət xəbərlər fonunda «Broadcom»un səhmlərinin qiyməti dekabrın 11-dəki 180 dollardan dekabrın 13-də 225 dollara, dekabrın 16-da isə rekor vuraraq 250 dollara yüksəlib. Sonradan qiymətlər bir qədər aşağı düşüb və hazırda 220 dollar ətrafında sabitləşib.
«Broadcom»un yüksəlişinin əsas səbəbi süni intellekt çiplərinə tələbatın kəskin artması, üstəlik belə vəziyyətdə «Nvidia»nın bu tələbatı qarşılaya bilməməsi, üstəlik qiymətlərinin də yüksək olmasıdır.
Ümumilikdə 2024-cü ildə «Broadcom»un səhmləri 62%-dən çox, axırınca artımları da nəzərə aldıqda 2 dəfədən çox artıb. İlin əvvəlində (2 yanvar, 2024) şirkətin 1 səhminin qiyməti 108,54 dollar olduğu halda, hazırda bu qiymət 220 dollar ətrafındadır. London Stock Exchange Group (LSEG) açıqlayıb ki, azı 16 broker şirkəti «Broadcom»un səhmləri üçün hədəf qiymətlərini artırıblar – bu qiymətlər 210 dollar ətrafındadır, bu da dekabrın 12-də olduğu proqnozdan 16% artıqdır.
Ekspertlər bildirir ki, «Broadcom»un səhmlərinin bahalaşması bu illə bitməyəcək, 2025-də də davam edəcək. «Jefferies» şirkəti «Broadcom»un səhmlərini 2025-ci ilin ən yaxşı səhmi elan edib və hədəf qiymətini 300 dollara qaldırıb.
«Morgan Stanley»nin analitiki Cozef Mur isə hədəf qiymətini əvvəlki 233 dollardan 265 dollara qaldırıb.
Qeyd edək ki, bu məlumat sırf informasiya xarakteri daşıyır, yuxarıda adı çəkilən səhmin alışı üçün tövsiyə və ya təklif deyil. İstənidən qiymətli kağıza yatırım, üstünlüklərlə yanaşı, özündə müxtəlif risklər də daşıyır.