Son zamanlar bir çox vətəndaşlar və investorları düşündürən əsas məsələlərdən biri də "hansı sahəyə pul yatırsam daha çox pul qazanaram" sualıdır. FED.az bu mövzu ilə bağlı tanınmış iqtisadçı ekspert Vüqar Bayramlının müsahibəsini təqdim edir.
- Hazırda vətəndaşlar daha çox hansı sahələrə investisiya yatırırlar?
- Hazırda sahibkarlar və vətəndaşlar fərqli istiqamətlərə investisiya yatırırlar. Apardığımız araşdırmalar onu göstərir ki, əvvəllər sahibkarlar xidmət sektoruna investisiyaların yönəldilməsində maraqlı idisələr də , son dövrlər sahibkarların investisiya strukturu xeyli dəyişib. Artıq sahibkarlar innovativ sektorlara üstünlük verməyə başlayıblar. Xüsusən də yeni startaplara maraq olduqca böyükdür . Xidmət sektoruna da az da olsa inestisiyalar yatırılır. İnşaat sektoruna 2015-2016-cı ildə sərmayə qoyuluşların azalması müşahidə olunmağa başladı. 2016-cı ildə inşaat sektorunda təxminən 36% geriləmə müşahidə olundu ki, bu da bu sahəyə qoyulan investisiyaların həcmi ilə bağlı oldu. Bum müşahidə olunana inşaat və digər sektorlar son illər investorların marağı kənarında qaldı. Tələbin azalması da bu sektora sərmaye qoyuluşlarına təsirsiz ötüşmədi.
Vətəndaşların sərmaye qoyuluşları investorların sərmaye qoyuluşundan bir qədər fərqlidir. 2014-ci ilə dək vətəndaşlar pullarını daşınmaz əmlak sektoruna yönəltməkdə maraqlı idilər. Həmin dövrdə insanlar əmlaklarını sonrakı illərdə satıb qazanc əldə etməkdə və ya kirayə verməkdə maraqlı idilərsə də sonradan bu tendensiya dəyişdi və daşınmaz əmlaka maraq azaldı. 2017-ci ilin əvvəlində daşınmaz əmlaka maraq müəyyən qədər artmağına baxmayaraq bu artıq əvvəlki illərlə müqayisədə olduqca az oldu.
Həmçinin əvvəlki dövrlərdə qızıla yatırılan sərmayələr də çox olmağına baxmayaraq sonradan vətəndaşlar arasında bu sahəyə maraq azaldı. İndi vətəndaşlar daha çox qiymətli kağızlara maraq göstərirlər. Bundan başqa son aylar kriptavalyutalara da maraq olduqca böyük idi amma axır vaxtlar elektron pulların qiymətinin ucuzlaşması bu sahəyə sərmayələri bir qədər azaldıb.
2015-ci ildə baş verən devalvasiyadan sonra vətəndaşlar daha çox yığıma üstünlük verirlər. Daha çox pulları evdə saxlayırlar
- Dövlət istiqrazlarına maraq çoxdur?
- Dövlət istiqrazlarına maraq olduqca artıb. Apardığımız araşdırmalar göstərir ki, əhali ən çox da SOCAR istiqrazlarına maraq göstərirlər. Bu ona görədir ki, xarici valyutadadır və 5% gəlir vəd verir. Eyni zamanda geri qaytarmaq mümkündür. Nəzərə alsaq ki, aparıcı banklarda dollarda olan əmanətlərə 1% illik gəlirlilik verir, onda SOCAR istiqrazların daha əlverişli olduğunu görərik. Nəticədə 5% divident ödəyən istiqrazlara maraq olduqca artıb. Maliyyə Nazirliyi tərəfindən dövriyyəyə buraxılmış istiqrazlar xarici valyutada da olsa illik ödəniş faizi 3%-dir. Hazırda bankların demək olar ki, heç biri xarici valyutada illik 3%-lik divident vəd etmir.
- Xarici şirkətlərin səhmlərini almaq nə dərəcədə sərfəlidir?
- Əslində vətəndaşlarımızın investisiya portfelinin şaxələndirilməsinə ehtiyac var. Sözsüz xarici səhmlərə investisiya edənlər var. Amma araşdırmalarımız göstərir ki, vətəndaşlarımız daha çox xaricdə mənzillərin alınmasına yönəldir investisiyalarını . Daha çox qonşu Türkiyədən daşınmaz əmlak alınır. Hələlik Azərbaycan vətəndaşlarını xarici səhmlərə yönəldilmiş investisiyaları olduqca azdır. Bu da bu sahə ilə bağlı ənənənin olmaması ilə bağlıdır. Lakin nəzərə alsaq ki artıq həm dünya həm də biznes virtuallaşır o zaman güman etmək olar ki, vətəndaşlarımızın xarici şirkətlərin səhmlərinə marağı artacaq.
- Nə üçün ölkəmizdə olan ASC bankların səhmləri haqqında məlumat yoxdur?
- Ölkəmizdə olan ASC bankların səhmləri haqqında məlumatın olmamasınaİki əsas səbəb var. Birincisi ona görədir ki, çox təəsüfki Azərbaycan banklarında koorporativ idarə etmə formalaşmayıb. Koorporativ idarə etmə formalaşmadığı üçün 2016-cı ildə bağlanan 10 bankın təcrübəsi göstərir ki, koorporativ idarəetmənin formalaşmaması banklarda şəffaf sistemin qurulmasına imkan vermir. Ona görə biz hazırda heç də bütün banklarda şəffav və hesabatlıq sisteminin olmasını söyləyə bilmərik. Təbii ki, şəffaf banklarımız var. Amma onların sayı çox azdır. Bu da təbii ki, bankların səhmləri ilə bağlı məlumatların bölüşdürülməsinə imkan vermir. Oan görə də bu qiymətlər cəmiyyətə təqdim olunmur.
İkinci səbəb səhm bazarının zəif inkişaf etməsi ilə bağlıdır. Qiymətli kağızlar bazarının zəif inkişaf etməsi səhmlər indeksasiyası praktik olaraq olmadığı üçün nəinki bankların həmçinin digər şirkətlərin səhmlərinin satılmasına imkan vermir. Qiymətli kağızlar bazarının inkişaf etməsinə ehtiyac var. Bu sahədə səhmdar cəmiyyətlərin artmasına ehtiyac var. Həmçinin koorporativ idarə etmə inkişaf etməlidir.
- Xarici ölkələrdə insanlar ən çox hansı sahələrə investisiya edirlər?
- Xarici ölkələrdə də investorlarla vətəndaşların investisiya etmə istiqamətləri fərqlidir. Son dövrlər xarici ölkələrdə də innnovativ sahələrə sərmayələr daha çox yönəldilir. Xüsusəndə Facebook Whatsap səhmləri alınır. Qeyd edək ki, belə sahələrə yönəldilən çox kiçik investisiyalar sonda çox böyük gəlirlilik gətirən sərmayeyə çevrilir. O baxımdan xaricdə investorlar məhz bu sahələrə olduqca maraq göstərirlər.
Sözsüz digər sahələr xüsusən avtomobil sənayesi və digər sektorlar gəlirllik baxımından olduqca cəlb edicidir. Amma investorlar daha çox innovativ sahələr üstünlük verirlər. Xarici vətəndaşlar üçün əsas investisiya etdiyi sahə səhm bazarıdır. ABŞ əhalisnin 95 % səhmdardı və müxtəlif şirkətlərin səhmlərinə sahibdirlər. İnkişaf etmiş ölkələrdə səhm bazarı investisiya yönəltmək üçün əsas bazar hesab olunur.
@fins.az