Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçiriləcək. FED.az xəbər verir ki, bir illik (364 günlük) istiqrazların ümumi həcmi 40 milyon manat olacaq, ödəmə tarixi isə 17.12.2019-cu ildə nəzərdə tutulub. Sifprişlər bu gün saat 11-dən saat 12.-30-dək qəbul ediləcək.
Eləcə də bax: Mərkəzi Bankın notları yerləşdiriləcək - HƏRRAC
Qeyd edək ki, dövlət istiqrazları son bir neçə ildə investorlar, özü də təkcə bank və sığorta şirkətləri üçün deyil, digər fiziki və hüquqi şəxslər üçün də sərfəli yatırım variantı sayılırdı. Xüsusilə manatın məzənnəsi sabitləşəndən sonra, sabit valyuta, illik 15-17% ətrafnda olan gəlirlik, çox etibarlı emitent və sair kimii faktorlar nəticəsində hətta bəzi xarici investorlar da Maliyyə Nazirliyinin istiqrazlarına həvəslə yatırım edirdilər. Amma son vaxtlar istiqrazların gəlirliyi endikdən sonra vəziyyət dəyişib. Artıq bir neçə dəfədir ki, dövlət istiqrazlarına tələbatın bir qədər azalması hiss edilirdi. Məsələn, ötən həftə – dekabrın 11-də BFB-də keçirilən hərracda Maliyyə nazirliyinin istiqrazlarının heç yarıs da satılmayıb. FEDöaz-ın məlumatına görə, ümumi həcmi 30 milyon manat olan istiqrazlara ümumilikdə 18,8 milyon manat sifariş gəlib, ondan cəmi 13,9 milyon manat yerləşdirilib.
Qiymətli kağızlar bazarının iştirakçıları MN-nin istiqrazlarına təoəbatın azalmasını bir neçə aillə izah edirlər.
Bunlardan birincisi, gəlirliyin aşağı olmasıdır. Br neçə il əvvəlki 15-17% gəlirlilik fiziki və hüquqi şəxsləri həvəsləndirirdi ki, vəsaitlərini riskli banklara deyil (həmin vaxt banklar bir-birinin ardınca bağlanırdı), daha etibarlı olan dövlət istiqrazlarına yatırsınlar. Üstəlik bu kağızların gəlirliyi də bank əmanətlərindən yüksək idi. Amma son vaxtlar həm MN-in istiqrazlarının, həm də AMB-nin notlarının gəlirliyi 8%-dən aşağı düşüb. Digər tərəfdən banklarda sabitləşmə dövrü başlayıb. «Belə vəziyyətdə bank əmanətindən aşağı gəlirliyi olan kağızlar fiziki şəxs investorları üçün maraqlı deyil»-deyə qiymətli kabızoar bazarı üzrə ekspert Cəfər İbrahimli bildirir.
Bank və sığorta şirkətlərində bu problem yoxdur, üstəlik burada başqa məqam da var. Qanunvericiliyə görə, dövlət qiymətli kağızlarına yatırılan vəsaitlər üçün əlavə kapital ayırmalarına ehtiyac yoxdur, bu da bank və sığorta şirkətləri üçün çox əlverişlidir.
Nəticədə hazırda qiymətli kağızlar bazarında bu sahənin əsas investorları olaraq bank və sığorta şirkətləri qalıb. Amma onlar da ötən həftə MN-nni istiqrazlarına böyük maraq göstərməyiblər. Ekspert bildirir ki, bunun səbəbi müddətin uzun olması idi: iki illik müddət hazırda bəzi investorlar üçün böyük müddət sayılır. Fiziki və hüquqi şəxslərdən fərqli olaraq belə istiqrazlara yalnız banklar və sığoptp şirkətləri maraq göstərirlər. Amma hesab edirəm onlar da bu müddətə ehtiyatla yanaşır, pullarını iki illik istiqrazlara yatırmaqdan çəkinirlər».
Ekspert bildirir ki, hazırda investorlar Maliyyə Nazirliyinin 1 ildən artıq müddəti olmayan istiqrazlarına daha çox maraq göstərirlər: «Məsələn, bu gün hərrac var, 1 illik istiqraz satılacaq və mən əinəm ki, sifarişlər kifayət qədər olacaq».
C.İbrahimli bildirir ki, digər səbəb bankların AMB qarşısındakı öhdəliklərini yerinə yetirməklə bağlıdır - borclarını ödədiklərinə görə, manat vəsaitlərini ora yönəldirlər».
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.