9 avqust 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2132024707 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 9567.00 (9.7%) manat və 9618.8992 (8.49%) manat olan 7 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 23 milyon 730 min manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9605.5328 (8.8%) manat və orta ölçülmüş qiyməti isə 9609.5425 (8.71%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20 milyon manat təşkil edib.
Notların ödəmə tarixi 24.01.2024-cü ildir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.