“Öz işini qurub milyonçu oldu” - Son dövrlər dünyanın müxtəlif ölkələrində bu sözlərlə başlayan uğur hekayələri ilə tez-tez rastlaşırıq. Azərbaycanda da çalışdığı iri şirkətdə işindən ayrılıb, öz biznesini quranlar az deyil. Onlardan biri bank sektorundan, daha dəqiq «Rabitəbank»dan ayrılıb, öz işini quran Elmir Əliyevdir. FED.az keçmiş bank işçisi, indi isə «The Band» şirkətinin təsisçisi ilə müsahibəni təqdim edir:
- Elmir müəllim, bank sektoru yaxşı iş yeri sayılır, burada maaşlar və inkişaf imkanları da böyükdür. Bəs niyə bankdan çıxmaq qərarına gəldiz?
- Hazırda kifayət qədər yaxşı platforma yaranıb ki, yeni trendləri sezib, irəli atılan insanlar yaxşı imkanlar əldə etsinlər. Mən də bu fikirlə öz işimə başladım.
Həm rəqəmsal transformasiyanın, həm də ölkə başçısı tərəfindən verilən bütün bu son sərəncamların fonunda kifayət qədər yaxşı tendensiya yaranıb. Düşündüm ki, korporativ həyat və iş prespektivləri mənim gözləntilərimi qarşılamaya bilər. Qərar verdim ki, bankdan çıxıb, sahibkar kimi fəaliyyətə başlayım.
- Şəxs biznesin olması bir sahibkar üçün nə deməkdir? Şəxsi biznesin olması nə kimi üstünlüklər verir?
- Mənim üçün istənilən işi görəndə sərbəst qərar vermək, sərbəst düşünmək və veriləcək qərarlara görə məsuliyyət daşımaq çox önəmlidir. Korporativ həyatda belə olmur. Siz korporativ həyatda qərar verə bilirsiz, lakin əslində o qərar sizin olmur və verəcəyiniz qərardan arxayın olursuz. Çünki bu qərarlar birbaşa sizə təsir etməyəcəyini düşünürsüz. Bu da şəxsi inkişafa bir növ limit qoyur. Amma sahibkar olanda düz və ya səhv fərqi yoxdu, qərarları özünüz verib, qısa müddət ərzində dərs çıxara bilirsizsə, istənilən halda uğur da daha sonra gəlir.
- Yeni işinizdə bankdakından çox gəlir gözləyirsiz?
- Qısa müddətdə qazancımın bankdakından çox olmasını gözləmirəm. Çünki bankda qazandığınız əmək haqqını ilkin olaraq biznesdə qazanmaya bilərsiz. Uzun perspektivdə isə əziyyətə dəyər. Məsələn, şəxsi biznesə başladığım anda bankda aldığım əmək haqqı məbləğində zərər etdim. Amma bunu nəzərə almışdım. Biznes o deyil ki, siz qısa müddətdə nə qədər qazanırsız. Buradakı perspektiv odur ki, siz daha uzun müddətə nə etmək istəyirsiz. Təcrübə göstərir ki, əgər siz gərgin çalışırsınızsa və məqsədiniz hər hansı məhsul, xidmət yaradamaqdırsa, istənilən halda biznesinizə qoyduğunuz dəyər sonra avtomatik pul olaraq gələcək. Sadəcə problemləri rahat qarşılayıb, rahat da yola salmalısız.
- Yenidən bank sektorunda yüksək maaş təklif etsələr qayıdarsız?
- Bu təkliflər mənə həm çalışdığım müddətdə, həm də sonralar olub. Lakin indiki mərhələdə mənim qəti qərarım odur ki, əgər mən bu yolu tutmuşamsa, bu yolun sonunda dəyərli məhsul yaratmalıyam. Biz hazırda bir neçə məhsul üzərində işləyirik. Servis xidmətlərimizlə yanaşı, başqa innovativ məhsulumuz da var. Hazırda bot məhsulu üzərindən xidmət göstərməyə can atırıq. Yəni indiki mərhələdə korporativ həyata qayıtmaq kimi bir niyyətim yoxdur.
- Bankda işləmək, yoxsa öz işni qurmaq – hansında risk daha çoxdur?
- Bankda işləmək və öz işini qurmaq perspektivləri insana, zamana və məkana görə dəyişir. Əgər yaxşı imkanlar yaranırsa və sizin seçə bildiyiniz hər hansı boşluqlar varsa, onları dolduraraq hər hansı mənfəət əldə edə bilərsiz. Və ya uzun perspektivdə məhsul və ya xidmət yarada bilərsiz - bu zaman şəxsi işinizi qurmaq önəmlidir. Amma stabillik və karyera yüksəlişi baxımından bank da çox əla platformadır.
- Hazırda bankda işləyən həmkarlarınıza nə məsləhət görərsiz, onlar da öz işlərini qursunlar?
- Məsləhət olaraq deyə bilmərəm ki, öz işlərindən ayrılsınlar, ya yox. Amma mən sizə bəlli olan bir statistikanı deyim ki, rəqəmsallaşma prosesləri nəticəsində yaxın 10-15 il ərzində mövcud bank işlərinin 3-də 1-i olmayacaq. Bank əməkdaşlarının çoxunu süni intellekt və rəqəmsal alətlər əvəz edəcək. Bu proses istənilən halda gedir.
- Hansı maaş alanlar daha çox öz biznesinə can atmaldırlar?
- Əgər maaşınız çoxalırsa, avtomatik olaraq siz şəxsi biznesiniz haqqında daha az düşünürsünüz. Çünki maaşın yüksək olması "komfort zona"da daha dərindən oturmağınız deməkdir. Maaş və vəsait çatışmamazlığı isə insalara hər dəfə nəsə yeni kəşf etməyə yönəldir. Ona görə hesab edirəm ki, şəxsi biznesinizə başlayacaqsızsa, bunu maaşınızın artmasını gözləmədən edin.
- Yeni yaratdığınız şirkət – «The Band» hansı xidmətləri təklif edir?
- Ilk izah edim, nə üçün «The Band»?! Çünki biz ətrafımıza kifayət qədər koloritli əməkdaşları toplaya bilmişik. Əməkdaşlarımız olduqca peşəkardırlar. Bizim user experience, user interface və bot arxitekturumuz var. Komandamızda lidlərin (internet üzərindən sifarişlərin) toplanması mütəxəssisi var. Koloritli komanda olduğumuz üçün fikirləşdik ki, adımızda ona uyğun olarqaq fərqli olsun.
- Banklar üçün hansı xidmətləri göstərirsiz?
- Banklar üçün mobil tətbiqlərin interface-lərinin və user experience
hazırlanması ( yəni mobil tətbiqlər daxilində müştəri təcrübəsinin formalaşdırılması və onun interfeys olaraq mövqelənməsi) xidmətini göstəririk. Hazırda Azərbaycanda mobil bankçılıq sektorunda bankların 90 %-nin veb saytları konsept və istiqamət olaraq təkrarlanır. Onlar tərtib olunarkən heç biri satış yönümlü olaraq tərtib olunmayıb. Amma indi dəyişən tendensiyalar artıq göstərir ki, banklar da bu istiqamətə daha çox müraciət edirlər. Artıq Azərbaycanda da banklar internet üzərindən xidmətlər göstərmə üstünlük verirlər. Bunun fonunda həm veb sayt, həm də mobil bankçılıqda dəyişimlər istəyirlər ki, biz də məhz bu xidmətləri göstəririk.
- Necə fikirləşirsiz, hazırda Azərbaycanda hansı banklarının saytı daha müasir və yeniliyə yaxındır?
- Bizim bankların veb sayt yanaşmasında vaxtı ilə tətbiq etdikləri strategiya ondan ibarət olub ki, veb sayt interface və dizayn olaraq qəşəng olsun. Burda bankaların veb saytlarına görə seçim etmək zövq məsələsidir. İndi istifadəçilərin və biznes sahiblərinin istədikləri saytlar satış yönümlüdür. Burada minumum vaxt itkisi ilə istifadəçiyə məhsul haqqında maksimum məlumatın çatdırılması və günün sonunda da satışın həyata keçirlıməsi əsas məqsəddir. Məqsəd olaraq və konsept olaraq baxsaq mən veb saytlar arasında çox böyük fərq görmürəm. Demək olar ki hamısı bir-birini təkrarlayır. Amma çox yaxında bu bazarda yeni konseptdə olan veb saytları da görə biləcəyik. Yeni konsept bizə yaxın olan Rusiya bazarında Tinkoff Bankın timsalında görmək olar. Burada hər şey ona hesablanıb ki, satış tam olaraq veb sayt üzərindən reallaşsın. Bilirsiz ki, Tinkoff Bankın mobil şöbəsi yoxdur. Bütün dünyada bankların üz tutduğu istiqamət budur.
- Sizin şirkəti başqalarından fərqləndirən nədir?
- Bizi fərqləndirən əsas konsept odur ki, biz agile bir agentliyik. Bizim hər layihəyə insanlar «project-based» olaraq cəlb olunurlar. Bəzi əməkdaşlarımız məsafədən çalışırlar. Misal olaraq Murad Zamanov hazırda Budapeştdə yaşayır, orda İT şirkətdə çalışır. Emin Həsənov Barselonada yaşayır və lid üzrə bizə konsultasiya verir. Biz layihələri internet üzərindən idarə edirik. Yəni fiziki iştirak olmadan da insanlardan geri dönüş ala bilirik. Bunun nəticəsində biz az xərc edir və müştəriyə də ucuz xidmət təklif edirik. Bizi fərqləndirən tərəflərdən biri budur. Bizi fərqləndirən digər tərəf visionumuzdur. Çalışırıq hazırda sırf rəqəmsal sektor və ölkə üçün faydalı ola bilən layihələr edək.
- Müştəriləriniz kimlərdir?
- Hazırda «Rabitəbank» və «Accessbank» var. Bir bankla da təkliflərin dəyərləndirlməsi üzrə son mərhədəyik. Həmçinin bir çox şirkətlərin rəqəmsallaşma işlərini həyata keçiririk. Məqsədimiz dünyada trendə çevrilən
«research development» mərkəzə çevrilməkdir. Yəni uzaqda olan işlərin görülməsi platformasını yaratmaqdır. Bu model son zamanlar Ukrayna və Hindistanda inkişaf edir. Yəni bu ölkələrə veb və digital layihələr üzrə çoxlu müraciət olunur. «The Band» bizim olaraq əsas hədəfimiz burada etdiyimiz layihələri ölkəmizdə edərək xaricə satmaqdır.
- Azərbaycanda sizinlə eyni xidmətlərdən təklif edən şirkətlər çoxdur?
- Bizim kimi şirkətlər ölkədə çoxdur. Amma bizdə rəqəmsal məhsullara yanaşma tərzi fərqlidir. Həmçinin bizim bir yerə toplayacağımız komandanı Azərbaycanda heç bir belə bir şirkət bir yerə toplaya bilmir. Biz professionallarla yüksək şəkildə çalışırq və onların başqa işlərində maneçilik yaratmırıq. Hazırda əsas komandamız 6 nəfərdən ibarətdir. Əlavə olaraq 4 üzvümüz də var ki, bizimlə məsafədən çalışırlar. “The Band” mənim ideyamdır. Amma burda mən özümü CEO kimi qiymətləndirmirəm. Dediyim kimi biz agile komandayıq. Yəni hər kəsin gördüyü işlər eyni barəbər şəkildə bölünür. Bu baxımdan ideya mənim ola bilər, amma bu ideyanı irəli aparan bütün komandadır.
- Bot yaratmaq layihəniz nədən ibarətdir?
- Biz botbox layihəsi üzərində çalışırıq. Bir ay ərzində regionda ilk dəfə olaraq messenger botları tam olaraq yaradıb, öz səhifənizə inteqrasiya edə biləcəyiniz layihəni təqdim edəcəyik. Azərbaycanda bunu ilk dəfə banklardan birində etmişdik, təşəbbüskarı da mən idim. İndi mövzu ondan ibarətdir ki, biz elə platforma yaradırıq ki, artıq bot yaratmaq üçün İT komanadaya böyük investisiya etməyə ehtiyac olmayacaq. Bank, kiçik biznes, tibbi xidməti - fərqi yoxdur, daxil olub bizim platformaya, qeydiyyatdan keçib öz botunuzu yaradacaqsız və öz səhifənizə qoşub satış xidmətinizi göstərə biləcəksiz.
Botun funksiyası messenger üzərindən bütün əməliyyataları həyata keçirmək olacaq. Bu sahədə banklara individual xidmət göstəririk. Indi hazırladığımız botbox platformamız kiçik və orta biznes işində çox yarayacaq. Çünki onların müştəri xidmətinə (customer support) investisiya ayıracaq imkanları yoxdur. Bu səbəbdən bu təklifimiz onlar üçün çox aktual olacaq.
- Sahibkarlar arasında rəqəmsal xidmətlərə maraq göstərənlər var?
- Xırda sahibkarların bu istiqamətdə təsəvvürü tam formalaşmayıb. Bu da ondan irəli gəlir ki, onlar bu xidmələrdən hələ ki, fayda görməyib. Bizim indi etrdiyimiz layihələrdə çalışacayıq ki, bizneslərə faydalar üzərindən satış edək. Yəni siz fayda qazanırsız, sizə müştəri gəlir və siz bizə ödəniş edirsiz.
- Azərbaycana belə xidmətlərin qiyməti necə dəyişir?
- Botlar üzrə xidmətdə bir standart qiymət yoxdur. Botlar üzrə qiymətin nəinki Azərbaycanda, hətta bu platformanın regionda bir oxşarı yoxdur. Ona görə, qiymətini deyə bilməyəcəm. Ümumi olaraq isə “The Band” olaraq xidmətlərimiz qiyməti 300 manat da ola bilər, 30 min manat da.
- Bildiyimizə görə, Avropa Yenidən Qurma və İnkişaf Bankında da çalışırsız
- Bəli, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) kiçik və orta bizneslərə dəstək platforması çərçivəsində konsultantam. AYİB-in tövsiyə etdiyi bir neçə konsultantdan biriyəm ki, müəyyənləşmiş sektorlar üzrə bizneslərə konsultasiya xidmətləri verirəm.