Yelo Bank, artıq üçüncü dəfə "Mastercard Tech Conference" tədbirinə ev sahibliyi etdi.
FED.az xəbər verir ki, bu tədbir, maliyyə sektorundakı ən son trendləri və texnoloji yenilikləri müzakirə etmək məqsədilə keçirilir. Mastercard Worldwide beynəlxalq ödəniş sisteminin təşkilatçılığı ilə baş tutan tədbir, Azərbaycanın aparıcı banklarının 70-dən çox nümayəndəsini bir araya gətirdi.
Yelo Bank-ın baş ofisində keçirilən konfrans, maliyyə ekosistemindəki sürətli inkişafın yaratdığı problemlərin həllini tapmaq və sektordakı yenilikləri müzakirə etmək üçün unikal platforma oldu. Bu ilki tədbirin mövzusu 2025-ci ilin üçüncü rübü üçün gözlənilən texnoloji yeniliklər, məhsul və xidmətlər idi.
Yelo Bank olaraq, maliyyə sahəsindəki innovasiyaların dəstəklənməsi və beynəlxalq təcrübələrin ölkəmizə gətirilməsi məsələlərinə böyük əhəmiyyət veririk. Bu kimi tədbirlər, yeni texnologiyalarla tanış olmaq, trendləri izləmək və sektordakı iştirakçılar arasında faydalı əlaqələr qurmaq üçün dəyərli imkandır. Gələcəkdə də bu cür təşəbbüsləri dəstəkləməkdən məmnun olarıq.
Yelo digital kart haqqında sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!