Yelo Bank, fərdi sahibkar müştərilərinə daha sürətli və rahat həllər təqdim etmək üçün kredit rəsmiləşdirilməsi zamanı sənədlərin tam rəqəmsal şəkildə imzalanmasını təqdim edir.
FED.az xəbər verir ki, artıq Bankın müştəriləri kağız daşıyıcılara qol çəkmədən, “SİMA İmza” istifadə edərək müqavilələri rahatlıqla imzalaya bilərlər.
Xidmət çərçivəsində Bank əməkdaşı müştəriyə xüsusi QR kod təqdim edir. Müştəri isə “SİMA” mobil tətbiqində öz sahibkar sertifikatı ilə bu QR kodu skan edir, sənədlərlə tanış olur və bir kliklə bütün sənədləri imzalayır. Bu imkan sayəsində sahibkar öz dəyərli vaxtına qənaət edir və kağız sənədlərlə iş prosesindən azad olur.
Yelo Bank, həmçinin, mobil tətbiqində “SİMA İmza” ilə qeydiyyat prosesini daha da sadələşdirərək, müştərilərinə onlayn əmanət yerləşdirmək və müxtəlif maliyyə əməliyyatlarını asanlıqla həyata keçirmək imkanı da yaradır. Bank gələcəkdə də sahibkarların işini daha da asanlaşdıracaq rəqəmsal həllər təqdim etməyə davam edəcək.
Yelo Bank-dan mikro biznes kredit sifarişi üçün: https://bit.ly/42Mruym.
Bank xidmətləri, o cümlədən mikro biznes krediti haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!