Yelo Bank ödəniş kartları üzrə əməliyyatların informasiya təhlükəsizliyini təmin etmək və mövcud tənzimləyici tələblərin icrasını reallaşdırmaq məqsədilə açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Kart Məlumatları Mühiti (Cardholder Data Environment – CDE) və əlaqəli ödəniş infrastrukturu üzrə illik müstəqil uyğunluq qiymətləndirilməsinin (PCI DSS) aparılmasıdır.
Bank bu sahədə ixtisaslaşmış və müvafiq təcrübəyə malik şirkətləri əməkdaşlığa dəvət edir. Tenderdə iştirak edəcək namizəd şirkətlər üçün əsas tələblər aşağıdakılardır:
- PCI DSS üzrə audit aparmaq üçün rəsmi akkreditasiyaya (QSA statusu) malik olmaq;
- Bank və ya fintech sektorunda uğurlu praktiki audit təcrübəsi;
- Layihəni icra edəcək sertifikatlı mütəxəssislərdən ibarət peşəkar komanda;
- Təklif edilən metodologiyanın beynəlxalq standartlara tam uyğunluğu;
- Audit nəticələrinin tənzimləyici qurumlara rəsmi təqdimat üçün yararlı formatda hazırlanması.
Maraqlı tərəflər tender təkliflərini 21 aprel 2026-cı il, saat 17:00-dək (Bakı vaxtı ilə) təqdim etməlidirlər.
Tender şərtləri və müraciət qaydaları ilə bağlı daha ətraflı məlumatla linkə keçid edərək tanış ola bilərsiniz: https://ylb.az/419LmLD.
Bankdan tecili kredit əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!












