Yelo Bank aztəminatlı ailələrin sosial rifahını yaxşılaşdırmaq məqsədilə vətəndaşlara şəxsi biznesini qurmaq üçün dəstək olur.
"Yelo Bank"dan biznes kreditini illik cəmi - 5% İLƏ ƏLDƏ EDİN!
FED.az xəbər verir ki, bank bu dəfə "Özünüməşğulluq" layihəsi çərçivəsində Naftalan, Gəncə və Tovuzda sahibkarlara kiçik biznesləri üçün xüsusi avadanlıqlar hədiyyə edib.
Naftalan sakini Zenfira Haqverdiyeva uzun müddətdir, un məmulatları istehsalı üzrə öz işini qurmaq arzusunda idi. Hazırladığı və dadına baxan hər kəsin bəyəndiyi şirniyyatlar onu öz məkanını açmaq üçün həvəsləndirirdi. Zenfiranı arzusuna çatdıran Yelo Bank onu lazımi avadanlıqlarla təmin etdi. Həvəslə başladığı bu işi indi bir sahibkar kimi davam etdirəcək və tezliklə biznesini böyüdəcək.
Layihənin sevindirdiyi növbəti vətəndaş isə Gəncə sakini Gülnarə İsrafilova oldu. Qadın salonu açmaq və xanımlara gözəllik bəxş etmək arzusunda olan Gülnarəyə planlarını gerçəkləşdirə bilməsi üçün lazım olan bütün avadanlıqlar hədiyyə edildi. Potensial sahibkarlar arasında xanımların xüsusi yer alması çox sevindiricidir. Beləliklə, Yelo Bank ölkəmizdə qadın sahibkarlığının inkişafına da öz töhfəsini verir.
Kiçik dülgər sexi açmaq istəyən Tovuz sakini Ələsgər Vəliyev də layihədən töhfə alan vətəndaşlardan biridir. O, öz işini qurmaq və daha da inkişaf etdirmək üçün lazım olan bütün material və avadanlıqlarla təmin olundu.
Qeyd edək ki, "Özünüməşğulluq" proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanan memoranduma əsasən həyata keçirilir. Sosial proqramın şərtlərinə uyğun olaraq fərdi sahibkarlıqla məşğul olmaq istəyən, həssas qruplara aid vətəndaşlar istehsal və ya xidmət avadanlığı ilə təmin olunur. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmaqlarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.
Yelo Bank olaraq hər zaman sosial layihələrin reallaşdırılmasına xüsusi həssaslıqla yanaşırıq. Belə ki, "Özünüməşğulluq" proqramına ilk qoşulanlardan olan bankımız bu layihənin uğurla həyata keçirilməsi üçün dəstək göstərməyə davam edəcək.
Bank xidmətləri, həmçinin, mikro biznes krediti haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!