Azərbaycanda Türkiyə kapitalı idə fəaliyyət göstərən iki bankdan biri “Yapı Kredi Bank Azərbaycan”ın gəlir mənbələri məlum olub.
Azərbaycanda banklar pulu nədən qazanırlar? – GƏLİR MƏNBƏLƏRİ, MƏBLƏĞLƏR – BANKLAR (31.12.2025)
2025-ci ildə “Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri 13,4% artaraq 81 milyon 700 min manata çatıb.
FED.az biznes və maliyyə xəbərləri portalı “Yapı Kredi Bank Azərbaycan”ın gəlir mənbələrini araşdırıb.
Bank ötən il gəlirlərin böyük hissəsini, yəni 39 milyon 821 min manatını və ya ümumi gəlirlərin 49%-ini kredit portfelindən qazanıb və bu gəlirlər bir ildə 23,4% artıb.
Digər böyük gəlir mənbəyi komissiya haqlarından olub ki, bu da, 21 milyon 145 min manat təşkil edib. Bu gəlirlərin ümumi gəlirdə payı 26% olub və illik müqayisədə 13,9% çoxalıb.
“Yapı Kredi Bank Azərbaycan” qiymətli kağızlara investisiyalara gəlirlərdən əvvəlki ildən 5% az olmaqla 5 milyon 663 min manat qazanıb və ümumi gəlirlərin 7%-ini buradan formalaşdırıb.
Digər banklara kreditlərdən 1 milyon 172 min manat qazanılıb, ümumi gəlirlərdə 1%-lik yer tutub. Bu sahədən gəlirlər son bir il ərzində 2,3 dəfə azalıb.
“Yapı Kredi Bank Azərbaycan”ın digər banklara depozitlərindən gəlirləri isə son bir ildə 15,9% artaraq 6 milyon 344 min manata çatmaqla, ümumi gəlirlərin 8%-ini tutub.
“Yapı Kredi Bank Azərbaycan”ın valyuta əməliyyatlarından gəlirləri cüzi – 2% artıb. Belə ki, bank ötən il bu gəlirlərdən 6 milyon 789 min manat qazanıb və ümumi gəlirlərin 8%-ini buradan əldə edib.
Bankın digər faiz gəlirləri 2 min manat, digər qeyri faiz gəlirləri isə 764 min manat olub və ümumi gəlirlərdə 1%-lik yer tutub. Digər faiz gəlirləri son bir ildə 4,5% azaldığlı halda, digər qeyri-faiz gəlirləri isə 95% artıb.
2024-2025-ci illər ərzində “Yapı Kredi Bank Azərbaycan”ın gəlirlərinin məbləği, onun ümumi gəlirlərdəki payı və gəlirlərin məbləğinin illik dinamikası aşağıdakı kim olub:
|
Gəlir mənbələri |
Məbləğ - 2024 |
Ümumi gəlirdə payı - 2024 (%) |
Məbləğ - 2025 |
Ümumi gəlir də payı - 2025 (%) |
Məbləğlərin illik müqayisəsi - % |
|
Kredit portfeli üzrə faiz gəliri |
32 259 |
45% |
39 821 |
49% |
23,40% |
|
QK-a investisiyadan gəlir |
5 964 |
8% |
5 663 |
7% |
-5,00% |
|
Digər banklara kreditlərdən gəlirlər |
2 730 |
4% |
1 172 |
1% |
2,3 dəfə |
|
Digər banklara depozitlərdən gəlirlər |
5 474 |
8% |
6 344 |
8% |
15,90% |
|
Komissiya haqları |
18 567 |
26% |
21 145 |
26% |
13,90% |
|
Valyuta əməliyyatlarından gəlirlər |
6 671 |
9% |
6 789 |
8% |
2% |
|
Digər faiz gəlirləri |
9 |
0% |
2 |
0% |
4,5 dəfə azalma |
|
Digər qeyri-faiz gəlirləri |
392 |
0% |
764 |
1% |
95,00% |
|
|
|||||
|
Cəmi gəlirlər |
72 066 |
100% |
81 700 |
100% |
13,40% |














