"Xalq Bank"ın ümumi xərcləri 2023-cü ildə 113 547 min manat olduğu halda, 2024-cü ildə 149 617 min manata çatıb. Bu, illik müqayisədə 36 070 min manat və ya 32%-lik artım deməkdir.
«Xalq Bank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, inzibati xərclər 10 151 min manatdan 11 174 min manata yüksəlib, bu da 1 023 min manat və ya 10% artım deməkdir. Bankın ümumi xərclərində bu kateqoriyanın payı 9%-dən 7%-ə enib.
Əmək haqqı xərcləri əvvəlki ilə nisbətən 11 380 min manat artaraq 48 694 min manata yüksəlib. Bu xərclər 2023-cü il və 2024-cü il ümumi xərclərin 33%-ni təşkil edib, yəni pay baxımından sabit qalıb.
Depozit faizlərinə çəkilən xərclər cuzi də olsa yüksələrək 37 314 min manatdan 39 899 min manata çatıb. 2 585 min manat və ya 7% artım qeydə alınıb. Bu göstəricinin ümumi xərclərdəki payı 22%-dən 27%-ə yüksəlib.
Kredit faizləri üzrə xərclər də artım göstərərək 7 254 min manatdan 8 321 min manata çatıb. 1 067 min manat və ya 15% artım müşahidə olunub. Buna baxmayaraq, bu xərclərin ümumi məbləğdə payı 6%-də sabit qalıb.
Qiymətli kağızlardan faiz xərcləri 2023-cü ildə olduğu kimi 2024-cü ildə də sıfır olub, yəni bu istiqamətə heç bir vəsait ayrılmayıb.
AMB-dən götürülən kreditlərə görə xərc əvvəlki ildə olduğu kimi 2024-cü ildə də mövcud deyil və 0 manat təşkil edib.
Amortizasiya xərcləri 8 127 min manatdan 7 687 min manata enib, 440 min manat və ya 5% azalma qeydə alınıb. Ümumi xərclərdəki pay isə 7%-dən 5%-ə düşüb.
Digər faiz xərcləri az miqdarda dəyişərək 1 305 min manatdan 1 923 min manata yüksəlib. 618 min manat və ya 47% artım baş verib. Ümumi xərclərdəki pay isə 1%-də sabit qalıb.
Digər qeyri-faiz xərcləri isə 24 635 min manatdan 31 919 min manata qalxıb, yəni 7 284 min manat və ya 30% artım baş verib. Bu xərclərin ümumi xərc strukturundakı payı isə 22%-dən 21%-ə enib.
Bankın xərcləri və həmin xərclərin ümumi xərclərdə payı ilə bağlı daha detallı aşağıdakı cədvəldə:
Min manat |
||
Xərc mənbələri |
Məbləğ |
Ümumi xərclərdə payı |
Faiz xərcləri |
||
Depozitlər üzrə faizlər |
39 899 |
27% |
AMB kredit xərci |
- |
- |
Kredit faizləri |
8 321 |
6% |
QK- faiz xərci |
- |
- |
Digər faiz xərcləri |
1 923 |
1% |
Qeyri -faiz xərcləri |
||
İnzibati xərclər |
11 174 |
7% |
Əmək haqqı xərcləri |
48 694 |
33% |
Amortizasiya xərcləri |
7 687 |
5% |
Digər qeyri faiz xərcləri |
31 919 |
21% |