Azərbaycanın ən böyük banklarından olan «Xalq Bank» 2025-ci ildə gəlirlərini kəskin şəkildə artırıb. 2025-ci ildə “Xalq Bank”ın gəlirləri 21,6% artaraq 274 milyon 743 min manata çatıb.
Azərbaycanda banklar pulu nədən qazanırlar? – GƏLİR MƏNBƏLƏRİ, MƏBLƏĞLƏR – BANKLAR (31.12.2025)
FED.az biznes və maliyyə xəbərləri portalı “Xalq Bank”ın gəlir mənbələrini araşdırıb.
Ötən il “Xalq Bank”ın gəlir strukturunda əsas payı kredit portfeli üzrə faiz gəlirləri tutub, bu istiqamətdən 149 milyon 768 min manat qazanılıb və ümumi gəlirin 55%-ni təşkil edib. 2024-cü illə müqayisədə bu gəlirlər 14,4% artıb.
Müştəri əməliyyatlarından əldə edilən komissiya gəliri 30 milyon 162 min manat təşkil edib və ümumi gəlirin 11%-nə bərabərdir. İllik müqayisədə bu maddə üzrə Bankın komissiya gəlirləri 12,4% artıb.
«Xalq Bank»ın gəlirlərində ən böyük artım onun başqa banklarda yerləşdirdiyi depozitlər hesabına baş verib – təqribən 2 dəfə.
Digər banklarda yerləşdirilən depozitlər hesabına bank ümumi gəlirlərin 12%-i qədər və yaxud 31 milyon 816 min manat vəsait cəlb edə bilib. Bu gəlirlər də bir ildə 91,4%-lik artım göstərib.
Bank qiymətli kağızlara investisiya edərək 20 milyon 130 min manat qazanıb bu gəlir ümumi gəlirlərin 7%-lik hissəsini əhatə edir. Amma bu gəlirlər son bir ildə 25,8% azalıb.
Bundan başqa, digər faiz gəlirləri də əhəmiyyətli məbləğlə, 20 milyon 72 min manatla ümumi gəlirin 7%-ni formalaşdırıb. Digər faiz gəlirləri bir ildə 7,5 dəfə artım göstərib.
Valyuta əməliyyatlarından gəlirlər 13 milyon 31 min manat səviyyəsində olub, ümumi gəlirlərdəki payı 5% həcminədir. Bu sahədən daxilolmalar 31% artıb.
Digər banklara kreditlərdən gəlirlər isə 6 milyon 853 min manat təşkil edib, bu mənbənin ümumi gəlirlərdəki payı 2%-dir və bir ildə 4,2% çoxalıb.
Hesabat dövründə digər qeyri-faiz gəlirləri 2 milyon 611 min manat olub və bu göstərici bankın ümumi gəlir strukturunda cüzi paya – 1% sahibdir. Bu gəlirlər də son bir ildə 48,9% azalıb.
2024-2025-ci illər ərzində “Xalq Bank”ın gəlirlərinin məbləği, onun ümumi gəlirlərdəki payı və gəlirlərin məbləğinin illik dinamikası aşağıdakı kim olub:
|
Gəlir mənbələri |
Məbləğ - 2024 |
Ümumi gəlirdə payı - 2024 (%) |
Məbləğ - 2025 |
Ümumi gəlir də payı - 2025 (%) |
Məbləğlərin illik müqayisəsi - % |
|
Kredit portfeli üzrə faiz gəliri |
130 925 |
58% |
149 768 |
55% |
14,40% |
|
QK-a investisiyadan gəlir |
27 149 |
12% |
20 130 |
7% |
-25,80% |
|
Digər banklara kreditlərdən gəlirlər |
6 571 |
3% |
6 853 |
2% |
4,30% |
|
Digər banklara depozitlərdən gəlirlər |
16 626 |
7% |
31 816 |
12% |
91,40% |
|
Komissiya haqları |
26 843 |
12% |
30 162 |
11% |
12,40% |
|
Valyuta əməliyyatlarından gəlirlər |
9 940 |
5% |
13 031 |
5% |
31% |
|
Digər faiz gəlirləri |
2 692 |
1% |
20 072 |
7% |
7,5 dəfə artım |
|
Digər qeyri-faiz gəlirləri |
5 111 |
2% |
2 611 |
1% |
-48,90% |
|
|
|||||
|
Cəmi gəlirlər |
225 857 |
100% |
274 743 |
100% |
21,60% |












