Xalq Bank yeni avtomobil əldə etmək istəyənlər üçün sərfəli şərtlərlə təklif etdiyi kredit kampaniyasının müddətini uzatdı.
Belə ki, 30 iyunadək davam edəcək kampaniya ərzində “Autolux Azerbaijan” şirkətinin təqdim etdiyi bütün avtomobil modellərini illik 10 %-lə, 5 il müddətinədək kreditlə əldə etmək mümkündür.
Həmçinin, kampaniya şərtlərinə əsasən Xalq Bankın digər tərəfdaş avtodilerlərindən elektrik və hibrid mühərrikli avtomobilləri illik 10 %, digər mühərrikli avtomobilləri illik 12 %-lə avtokreditlə əldə edə bilərsiniz.
Kampaniya müddəti ərzində Xalq Bankdan avtokredit alan bütün müştərilərə nağdsız ödənişlərdən 3 % bonus qazandıran 3 illik XalqKart Petrol kartı hədiyyə edilir. Kampaniya barədə ətraflı məlumat və tərəfdaş avtodilerlərin siyahısı ilə tanış olmaq üçün keçid edə bilərsiniz: https://www.xalqbank.az/az/ferdi/kreditler/avtomobil
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.