FED.az “VTB Bank”ın gəlir mənbələrini təqdim edir.
VTB (Azərbaycan) ASC 2025-ci ilin üçüncü rübünün nəticələrini - AÇIQLAYIB
“VTB Bank” 2025-ci ilin 3-cü rübündə ümumilikdə 42 milyon 470 min manat gəlir əldə edib. Bankın gəlir strukturuna baxıldıqda, ən böyük pay bir çox bankda olduğu kimi kredit portfeli üzrə faiz gəlirlərinə düşür, bu sahədən 23 milyon 579 min manat qazanılıb ki, bu da ümumi gəlirin 56%-i deməkdir.
İkinci ən böyük gəlir mənbəyi valyuta əməliyyatları üzrə müşahidə olunub, bank bu dövrdə 7 milyon 347 min manat gəlir əldə edib ki, bu da ümumi gəlirlərin 17%-ni təşkil edir.
Digər banklara verilmiş kreditlərdən gəlirlər 5 milyon 223 min manat olub, bu isə ümumi gəlirlərdə 12%-lik pay deməkdir.
Komissiya haqları bankın gəlirlərinə 3 milyon 28 min manat qatıb, başqa sözlə desək ümumi gəlirlərin 7%-lik hissəsi bu mənbədən formalaşıb.
Bank digər banklara depozit yerləşdirərək ümumi gəlirlərin 2%-i həcmində - 1 milyon 34 min manat qazanc əldə edib.
Qiymətli kağızlara investisiyadan gəlir bankın gəlirlərinə cüzi dəstək verib, 920 min manat və ya ümumi gəlirlərin təxmini 2%-i qədər.
Digər gəlirlərə gəlincə, digər faiz gəlirləri 325 min manat, qeyri-faiz gəlirləri isə 1 milyon 14 min manat olub. Müvafiq olaraq ümumi gəlirlərin 1% və 2% hissəsi.
Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
|
Min manat |
||
|
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
|
Kredit portfeli üzrə faiz gəliri |
23 579 |
56% |
|
QK-a investisiyadan gəlir |
920 |
2% |
|
Digər banklara depozitlərdən gəlirlər |
1 034 |
2% |
|
Digər banklara kreditlərdən gəlirlər |
5 223 |
12% |
|
Komissiya haqları |
3 028 |
7% |
|
Valyuta əməliyyatlarından gəlirlər |
7 347 |
17% |
|
Digər faiz gəlirləri |
325 |
1% |
|
Digər qeyri-faiz gəlirləri |
1 014 |
2% |
|
|
|
|
|
CƏMİ GƏLİRLƏR |
42 470 |
100% |














