2024-cü ildə “Unibank”ın ümumi xərcləri əhəmiyyətli dərəcədə artıb. Bankın xərclərini analiz edərkən müxtəlif kateqoriyalar arasında fərqli artım və azalma olduğu müşahidə olunub.
«Unibank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bankın 2024-cü il üzrə ümumi xərcləri əvvəlki illə müqayisədə 48 188 min manat artaraq 280 909 min manata çatıb. Bu, 20.71% artım deməkdir.
İnzibati xərclər 2023-cü il 36 717 min manat olduğu halda, 2024-cü ildə 47 889 min manata yüksəlib. Bu, 30.43%-lik əhəmiyyətli bir artımdır. Ümumi xərclər içindəki payı isə 16%-dən 17%-ə qalxıb.
Bankın əməkhaqqı xərclərində də artım qeydə alınıb. Əməkdaşlara ödənilən əmək haqqı məbləği 60 660 min manatdan 69 974 min manata yüksələrək 15.35% böyümə göstərib. Lakin ümumi xərclərdəki payı 1 faiz bəndi azalaraq 26%-dən 25%-ə düşüb.
Depozit faizlərinə çəkilən xərc vəsaiti də yüksəlib. 57 444 min manat olan bu xərc 62 974 min manata çatıb ki, bu da 9.63% artım deməkdir. Ümumi xərclərdəki çəkisi isə 24%-dən 22%-ə enib.
Kredit faizləri xərcinə gəlincə, burada cüzi bir dəyişiklik baş verib. 2023-cü il 10 132 min manat təşkil edən bu xərc 1 il sonra 10 363 min manata yüksəlib. Artım 2.28% olsa da, ümumi xərclər içindəki payı sabit qalaraq 4% olaraq qalıb.
AMB kredit xərcləri isə 16 min manatdan 8 min manata enib, 50%-lik bir azalma müşahidə olunur. Payı 1% olaraq dəyişməz qalıb.
Amortizasiya xərcləri isə nəzərəçarpacaq dərəcədə artıb. 8 573 min manatdan 10 356 min manata yüksəlib ki, bu da 20.80% artım deməkdir. Ümumi xərclərdəki payı sabit qalaraq 4% olaraq qalıb.
Qiymətli kağızlardan faiz xərcləri 2023-cü ildə olduğu kimi 0 manat olaraq qalır və bu istiqamətdə heç bir dəyişiklik baş verməyib. Eyni hal digər faiz xərcləri üçün də keçərlidir.
Ən nəzərəçarpan artımlardan biri isə digər qeyri-faiz xərclərindədir. 2023-cü ildə 59 179 min manat olan bu xərc, 2024-cü ildə 79 345 min manata yüksəlib. Bu 34.08% artım deməkdir. Ümumi xərclər daxilində payı isə 2 faiz bəndi artaraq 25%-dən 27%-ə yüksəlib.
Bankın xərcləri və həmin xərclərin ümumi xərclərdə payı ilə bağlı daha detallı aşağıdakı cədvəldə:
Min manat |
||
Xərc mənbələri |
Məbləğ |
Ümumi xərclərdə payı |
Faiz xərcləri |
||
Depozitlər üzrə faizlər |
62 974 |
22% |
AMB kredit xərci |
8 |
1% |
Kredit faizləri |
10 363 |
4% |
QK- faiz xərci |
- |
- |
Digər faiz xərcləri |
- |
- |
Qeyri -faiz xərcləri |
||
İnzibati xərclər |
47 889 |
17% |
Əmək haqqı xərcləri |
69 974 |
25% |
Amortizasiya xərcləri |
10 356 |
4% |
Digər qeyri faiz xərcləri |
79 345 |
27% |