Unibank KB GRG ATM-lərin alınması üçün tender elan edib.
FED.az xəbər verir ki, tenderdə iştirak etmək istəyənlər qiymət təkliflərini bağlı və möhürlənmiş zərfdə Tender komissiyasının sədri Faiq Zeynalovun adına göndərməlidirlər. Zərflərin qəbulu üçün son tarix 10.02.2025-ci il, saat 12.00-dır.
Ünvan: R.Behbudov 55, Unibankın Baş ofisi.
Qeyd: Tenderdə qalib gələn şirkət həmin alqı-satqı ilə bağlı hesabı “Unibank” KB ASC-də açmalıdır.
Tender haqqında daha ətraflı məlumatı bankın rəsmi saytından ala bilərsiniz:
https://unibank.az/az/news/retail/2113/unibank_grg_atm_alinmasi_uchun_tender_kechirir
Bu şərtlər avadanlıqlar üçün tələb olunan ən minimal tələblərdir. Təkliflərdə çatdırılma müddəti və avadanlıqların markalarının qeyd olunması mütləqdir.
Tenderin şərtləri ilə bağlı hansısa sual yaransa, [email protected] elektron ünvanına müraciət edə bilərsiniz.