Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və “Rabitəbank” ASC arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.
FED.az xəbər verir ki, UNEC-in rektoru, professor Ədalət Muradov və “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov tərəfindən imzalanan memorandum universitet-sənaye əlaqələrinin gücləndirilməsi, təhsil və bank sektorları arasında bilik və təcrübə mübadiləsinin genişləndirilməsi məqsədi daşıyır.
Memoranduma əsasən, tərəflər bank sahəsində müasir texnologiyalar və rəqəmsal bankçılıq istiqamətində təcrübə mübadiləsi aparacaq, UNEC-in Ömürboyu Təhsil Mərkəzi ilə birgə kommersiya yönümlü təlimlər həyata keçirəcəklər.
Bundan başqa, memorandumda tələbələr üçün Rabitəbankda müxtəlif növ təcrübə proqramlarının, o cümlədən istehsalat təcrübələrinin təşkili, birgə layihə, konfrans, təlim və seminarların keçirilməsi, həmçinin bank mütəxəssislərinin UNEC-in tədris prosesinə mühazirəçi qismində cəlb edilməsi əks olunub. Əməkdaşlıq çərçivəsində UNEC-də “Karyera günləri”nin təşkili də nəzərdə tutulub.
Bu memorandum, gənclərin peşəkar inkişafına və əmək bazarına inteqrasiyasına dəstək göstərməklə, təhsil və biznes arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.




![UNEC və "Rabitəbank" arasında - [red]ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB[/red] | FED.az](upload/news/small/1994421.png)
![UNEC və "Rabitəbank" arasında - [red]ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB[/red] | FED.az](upload/news/small/4096653.jpeg)
![UNEC və "Rabitəbank" arasında - [red]ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB[/red] | FED.az](upload/news/small/905024.jpeg)
![UNEC və "Rabitəbank" arasında - [red]ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB[/red] | FED.az](upload/news/small/3316922.jpeg)
![UNEC və "Rabitəbank" arasında - [red]ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB[/red] | FED.az](upload/news/small/3183026.jpeg)
![UNEC və "Rabitəbank" arasında - [red]ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB[/red] | FED.az](upload/news/small/1378983.jpeg)
![UNEC və "Rabitəbank" arasında - [red]ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB[/red] | FED.az](upload/news/small/2525797.jpeg)
![UNEC və "Rabitəbank" arasında - [red]ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB[/red] | FED.az](upload/news/small/1919964.jpeg)










