Zaminsiz, yalnız şəxsiyyət vəsiqəsi ilə kredit – son günlərdə sosial şəbəkələrdə tez-tez rast gəldiyimiz bu cür elanlar minlərlə insanı cəlb edir. Asan, sürətli, heç bir rəsmi prosedura ehtiyac olmadan və yüksək faizlə.
«Onlayn görüntülərini çəkməklə adına bankdan 21 000 manat kredit çəkilib» - YENİ DƏLƏDUZLUQ
Bəs bu təkliflər nə dərəcədə etibarlıdır?
FED.az xəbər verir ki, iqtisadçı Fuad İbrahimovun sözlərinə görə, girovsuz, arayışsız, hətta vətəndaşın müəyyən gecikmələri olduğu halda belə, yalnız şəxsiyyət vəsiqəsi ilə pul verilməsi etibarlı sayılmır.
Fuad İbrahimov deyir ki, vətəndaşlar sosial şəbəkələr üzərindən kredit verənlərə müraciət edərsə ciddi problemlə qarşılaşa bilərlər.
Vəkil Kamandar Hüseynov isə bildirir ki, kredit verilməsi, faizlərin, gəlirin əldə olunması sahibkarlıq fəaliyyətidir. Yəni əgər hər hansı bir şəxs sosial platformalarda faizlə, hissə-hissə ödəniş şərtləri ilə kredit verilməsini təklif edirsə, ilk növbədə həmin şəxs və ya şəxslərin fəaliyyətlərinin qanuni olub-olmamasına diqqət edilməlidir.
Vəkil qeyd edir ki, qaydaları pozaraq fəaliyyət göstərən şəxslər inzibati xətalar məcəlləsinə görə məsuliyyət daşıyırlar. Onlar üçün Cərimələr və həbs cəzaları nəzərdə tutulur.